Elmlər Akademiyası m/s yaxınlığında,
Zahid Xəlilov küçəsi 576-cı məh.

Hazırda Bakı şəhərində yaşam üçün olan ən nüfuzlu və cəlbedici Yasamal rayonu hesab olunur. Mütəxəssislərin rəyinə əsasən ən az yeraltı təkanlara məruz qalan, zəlzələyə davamlı zonalardan biri də Yasamal rayonudur. Məhz bu səbəbdən bu ərazidə tikilən komplekslər ən təhlükəsiz hesab edilir.

Bundan əlavə Yasamal rayonunun şəhər mərkəzinə yaxın ərazidə yerləşməsi və şəhərdən bir neçə çıxış yolunun ərazidə olması nisbətən sərbəst hərəkət etməyə və tıxacdan yayınmağa imkan verir.

“Renessans Palace” YK Yasamal rayonu ərazisində “Elmlər akademiyası” m/s yaxınlığında, Zahid Xəlilov və Əhməd Cəmil küçələri arasında yerləşir. Kompleksin yaxınlığında Zərifə Əliyeva adlı Akademik məktəb, həmçinin “Gənc istedadlar” liseyi yerləşir.