Renessans Palace ən yüksək yaşam standartlarına cavab verməklə “ev” anlayışına yeni məna qatan premium səviyyəli yaşayış kompleksidir. Rahat həyat şəraiti üçün tamamilə bütün şərtlər təmin edilib.

Orijinal memarlıq, istirahət üçün geniş imkanlar təklif edən nüfuzlu yaşayış kompleksi …

Renessans Palace yaşayış kompleksində mənzil əldə etməklə siz çox keyfiyyətli mənzilə sahib olduğunuza və sərfəli yatırım etdiyinizə əmin ola bilərsiniz.

Renessans Palace YK – 4 binanın inşasını əhatə edən kompleks tikinti layihəsidir. Obyektin ümumi sahəsi 2.67 hektardır.

Binalar monolit dəmir-beton karkas texnologiyası ilə ucaldılır.

Açıq rənglərlə işlənmiş və izolyasiya edilmiş fasad neoklassik üslubda olan binanın əzəmətli görünüşünü vurğulayır, eyni zamanda ilin hər fəslində mənzillərdə rahat hava şəraitini təmin edir: qış mövsümündə içəridə olan isti havanı səmərəli qoruyub saxlayır, şaxta və soyuq hava kütləsinin qarşısını alır, yayda isə mənzildə optimal temperaturu saxlayır, isti hava kütləsindən qoruyur. Bu da öz növbəsində enerjiyə 30%-ə qədər qənaət etmək imkanı yaradır.

Həmçinin kommunikasiya sistemlərinin təşkilində bütün detallar incəliklərinə qədər nəzərə alınmış, texnoloji tərəqqinin ən son nailiyyətləri – fiber-optik rabitədən yüksək sürətli liftlərə qədər sakinlərin ixtiyarına verilmişdir.

Ərazinin abadlığı, dizayn, zəngin infrastruktur avropa səviyyəsində rahat şəhər yaşayış zonasının yaradılması ideyasına tabe olur. Sakit və rahat yaşam üçün lazım olan hər bir amil bu kiçik və rahat dünyada mövcuddur.