24.04.2015
“www.1news.az” saytında “Renessans Palace” yaşayış kompleksinə həsr olunmuş məqalə dərc olunub:

“Məzənnə dəyişkənliyindən” etibarlı müdafiə

Daşınmaz əmlak bütün dövrlərdə kapilalın qorunması və artırılması üçün etibarlı bir vasitə olub. Yaşayış məntəqəsi nə qədər böyükdürsə, daşınmaz əmlaka qoyulan investisiyalar bir o qədər gəlirlidir. Belə ki, Bakıda daşınmaz əmlakın likvidliyi Azərbaycanın digər şəhərlərindən qat-qat yüksəkdir. Paytaxtın dinamik sosial-iqtisadi inkişafı, daşınmaz əmlaka olan yüksək tələbi daha da artırır. Ölkədə yüksək templərlə yaşayış binalarının tikintisi davam etsə də, iqtisadi inkişaf və demoqrafik artım hələ də tələbi yüksək səviyyədə saxlayır.

Hal-hazırda daşınmaz əmlaka müxtəlif yollarla investisiya yatırmaq olar. Amma ən çox gəliri, inşa edilən daşınmaz əmlaka qoyulan investisiyalar vəd edir. Belə ki, binanın inşası sona yaxınlaşdıqca, qiymətlər də artır. Bunun məntiqi nəticəsi olaraq, binaya hələ bünövrəsi qoyulan zaman investisiya yatırmaq ən çox mənfəət vəd edir. Bakıda onlarla bünövrəsi qoyulan yeni tikili var. Təsadüfi deyil ki, potensial müştərilər seçim etməkdə çətinlik çekirlər. Bu halda, satış şərtlərinə diqqət yetirmək lazımdır.

Daşınmaz əmlaka investisiya instrumenti kimi baxan investorlar tez-tez seçimlərini “Renessans Palace” yaşayış kompleksinin xeyrinə edirlər. Məsələ burasındadır ki, “Renessans Palace” alıcılar və investorlar üçün ən sərfəli satış şərtləri təklif edir. İlkin ödəniş – 20%. 3-illik daxili kredit zamanı siz mənzilin ilkin dəyərinə 5%, 4-illik daxili kredit zamanı 7%, 5-illik daxili kredit zamanı isə 10% əlavə vəsait ödəyəcəksiniz. Azərbaycanda daşınmaz əmlakın qiymət artımı templərini nəzərə alsaq, bu çox sərfəli şərtlərdir.

Bundan əlavə ödənişlər ancaq milli valyutada həyata keçirilir ki, bu da valyuta məzənnəsinin dəyişkənliyindən yaranan riskləri minimuma endirir. Halbuki, bir çox layihələrdə kredit dollarla təklif olunur ki, bu da gəlirləri manatda alan vətəndaşlar üçün risklidir.

Mənzil seçimi zamanı diqqət yetiriləsi vacib məqamlardan biri də, tikinti şirkətinin təcrübəsi və reputasiyasıdır. “Renessans Palace” yaşayış kompleksinin tikintisini həyata keçirən “AS Group Investment” şirkəti tikinti materialları istehsal edən müəssisələrə malikdir. Bu müəssisələr çınqıl, otsev, armokarkas, dəmir-beton və beton məmulatları, bordür, səki daşları və digər tikinti materiallarını istehsal edirlər. Bundan əlavə, şirkətin avtoparkında 230-dan çox tikinti və istehsal texnikası var. Özünün istehsalat bazasının olması, idxal və digər şirkətlərin təchizatından asılılığın olmaması “AS Group İnvestment”-ə öz müştərilərinə ən sərfəli şərtləri təklif etməyə şərait yaradır.

Güclü istehsalat bazası və mükəmməl reputasiya “AS Group Investment”-in “Renessans Palace” yaşayış kompleksinin inşasını vaxtında başa çatdıracağına zəmanət verir. 2003-cü ildən regionun aparıcı developerlərindən olan şirkət 36 müxtəlif profili layihələr həyata keçirib. Bunların arasında Azərbaycan Dövlət Neft Fondunun inzibati binasının, sosial obyektlərin, və Qafqazda ən iri yaşayış kompleksi olan “DIRSI”-in inşasını qeyd etmək olar.

Şirkətin növbəti möhtəşəm layihəsi premium səviyyəli “Renessans Palace” yaşayış kompleksi oldu. “Renessans Palace”-ın zəngin infrastrukturu daşınmaz əmlakı kirayə vermək haqqında düşünən insanlar üçün münbit şərait yaradır. Burada qaçış və velosiped yolları, idman meydançaları və tennis kortu, yaşıllıqlar, kommersiya obyektləri, kafe, restoranlar, tematik əyləncə mərkəzi inşa olunacaq. İnqilabi “avtomobilsiz həyət” konsepsiyası, video-müşahidə, 24-saatlıq mühafizə kompleksin qonaqlarının və sakinlərinin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Əgər nəzərə alsaq ki, kompleksin inşa olunduğu “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında birotaqlı mənzilin minimal kirayə qiyməti 500 manat təşkil edir, onda minimal qiymətləndirməyə görə mənzilin kirayə verilməsi mülkiyyətçiyə sanballı gəlir gətirəcək. Yərləşmə həmçinin investora “Renessans Palace”-da mənzili sərfəli qiymətə satmağa da şərait yaradır.

“Renessans Palace”-da mənzil almaq istəyənlər tələsməlidir. Belə ki, kompleksin inşası dinamik templərlə davam edir. Yuxarıda qeyd olunduğu kimi, binanın inşası sona yaxınlaşdıqca, qiymətlər də artır. №3 binada tikinti artıq psixoloji həddi – kommersiya obyektləri səviyyəsini ötüb. Tikinti işləri böyük sürətlə davam edir.

Bir sözlə, “Renessans Palace” uğurlu biznes layihə ilə rahat mənzilin gözəl vəhdətidir.