Bu yaxınlarda “AS Group İnvestment” Şirkətlər Qrupu ictimaiyyətin diqqətinə “Etibarlı tikinti şirkətini müəyyən etmək üçün yeddi tövsiyə” araşdırmasını təqdim etmişdi (http://www.asgroup.az/kiv_haqqimizda,584/lang,az/). Bu araşdırmada etibarlı tikinti şirkətini müəyyən etmək üçün yeddi tövsiyə öz əksini tapıb. Bu istiqamətdə araşdırmalarını davam etdirərək “AS Group İnvestment” təhlükəsiz mənzil axtaranlar üçün bir sıra tövsiyələr hazırlayıb.
Özünün məşhur tələbatlar iyerarxiyasında tanınmış Amerika psixoloqu Abraham Maslou insanın təhlükəsizliyə olan tələbatını əhəmiyyətinə görə ikinci yerdə yerləşdirib. Beləliklə təhlükəsiz mənzil necə olmalıdır?
Tövsiyə №1: Yanacaq doldurma məntəqələrinin və magistral qaz xətlərinin yaxınlığında tikilən yaşayış binalarında mənzil almayın.
Təəssüf ki, Azərbaycan tikinti şirkətləri bəzən hətta ən önəmli təhlükəsizlik tələblərinə belə məhəl qoymur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 9-cu maddəsində deyilir: Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. Mövcud reallıqda bu tələblərə nə dərəcədə əməl olunur sualı daha çox ritorik xarakter daşıyır. Azərbaycanda yanacaq doldurma məntəqələrinin, magistral qaz xətlərinin yanında yaşayış binalarının inşa olunması hallarına rast gəlinir. Halbuki, son zamanlar baş verən hadisələrin xronikası təhlükəsizlik tələblərinə etinasız yanaşmanın faciəvi nəticələrindən xəbər verir. Bu ilin iyununda Qananın paytaxtı Akkrada baş verən partlayış nəticəsində 100 nəfər həlak oldu. Bu yaxınlarda Mahaçqalada yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfər həlak oldu. Hətta insan tələfatından yayınmaq mümkün olsa da, binanın alt mərtəbələrinə ciddi ziyan dəyə bilər ki, bu da son nəticədə binanın qəzalı vəziyyətə düşməsi ilə nəticələnə bilər.
Tövsiyə №2: Tikinti materiallarının odadavamlılığına diqqət yetirin.
Yaşayış binasının (kompleksinin) yanacaq doldurma məntəqəsindən və magistral qaz xəttindən kifayət qədər uzaqlıqda yerləşdiyinə əmin olduqdan sonra istifadə edilən tikinti materiallarının odadavamlılığına nəzər salmaq lazımdır. Ümumilikdə isə, iri yanğınlara qarşı təbii daşlar, o cümlədən qranit, mərmər və ağlay daha davamlı olur.
Tövsiyə №3: Zəlzələ təhlükəsini minimuma endirin.
Beləliklə siz artıq əminsiniz ki, iri yanğın və partlayış təhlükəsi minimuma endirilib. Bundan sonra siz artıq zəlzələ təhlükəsi haqqında düşünməlisiniz. Bu təbii fəlakətdən qaçmaq demək olar ki, mümkün deyil. Hər il dünyada bir neçə milyon hiss edilməyən, 20 min hiss edilən, 7 min güclü zəlzələ olur ki, bunlardan 150 ciddi dağıntılara səbəb olur. Dünya şəhərlərinin 2/3 fəlakətin baş verə biləcəyi ərazidə yerləşir. Azərbaycan və onun paytaxtı Bakı seysmoloji nöqteyi-nəzərdən aktiv zonada yerləşib. Amma siz Yasamalı, Bakının seysmoloji nöqteyi-nəzərdən ən dayanıqlı rayonunu seçə bilərsiniz. Bununla siz zəlzələ təhlükəsini minimuma endirəcəksiniz. Yuxarıda deyilənlərə bunu da əlavə edək ki, monolit dəmir-beton texnologiyası, keyfiyyətli tikinti materiallarının istifadə olunması şərti ilə 9-ballıq zəlzələyə davamlılığı təmin edir.
Tövsiyə №4: Yaşamaq üçün təhlükəsiz rayon seçin.
Zəlzələyə davamlılıq Yasamal rayonunun yeganə üstünlüyü deyil. Bu rayonun bir hissəsi mərkəzdə yerləşdiyindən, bu təhlükəsiz məkan axtaranlar üçün münasib seçimdir. Amma ümumilikdə Azərbaycanda kriminal vəziyyət nəzarət altındadır və təhlükəsiz məkan anlayışı şərti xarakter daşıyır.
Tövsiyə №5: Təhlükəsizlik tələblərinə cavab verən yaşayış kompleksini seçin
Ən nəhayət yaşayış kompleksinin özündə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmalıdır. Müşahidə kameraları, məhdud giriş və 24-saatlıq mühafizə ilə yanaşı olaraq MDB məkanında son zamanlar “avtomobilsiz həyət” müraciət edirlər. Azərbaycanda bu konsepsiya ilk dəfə olaraq “Renessans Palace” yaşayış kompleksində tətbiq edilmişdir. Torpaq sahəsinin səmərəli istifadəsi ilə yanaşı olaraq bu konsepsiya sakinlərin təhlükəsiz istirahətini təmin edir.
Deyilənləri yekunlaşdıraraq, sizin gələcək mənzilinizin təhlükəsizlik tələblərinə cavab verməsini arzu edirik.