“Sonae Sierra” “Renessans Palace”-da kommersiya obyektlərinin inkişaf konsepsiyasını hazırlayıb
Azərbaycanın tikinti sektorunda fəaliyyət göstərdiyi ilk günlərdən “AS Group İnvestment” şirkəti öz layihələrində dünyanın aparıcı brendlərinin texnologiyalarını tətbiq etməyə can atıb. Ona görə təsadüfi deyil ki, şirkətin bütün obyektləri orijinal həlli və yüksək keyfiyyəti ilə fərqlənir.
Bu günlərdə “AS Group Investment” şirkəti Portuqaliyanın “Sonae Sierra” korporasiyası ilə sıx əməkdaşlıq çərçivəsində “Renessans Palace” yaşayış kompleksində kommersiya obyektlərinin konsepsiyasının işlənməsini başa çatdırıb. Xatırladaq ki, “Renessans Palace” yaşayış kompleksi Bakıda “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında inşa olunur.
“AS Group İnvestment” şirkətinin strateji inkişaf və marketinq departamentinin rəisi Elçin Niyazovun sözlərinə görə, “Sonae Sierra” şirkətinin mütəxəssisləri bazar araşdırmaları apararaq, kommersiya obyektlərinin logistikasını, profilini və sahəsini müəyyən ediblər. Nəticədə, optimal konsepsiya “Renessans Palace”-ın memarlığının layihələndirilməsini həyata keçirən təşkilata təqdim olunub.
Qeyd etmək lazımdır ki, bu “AS Group Investment”-in “Sonae Sierra” ilə sıx əməkdaşlıq etdiyi ilk layihə deyil. Bundan əvvəl şirkətlər “AS Group İnvestment”-in Gürcüstanın paytaxtı Tiflis şəhərində inşa etdiyi çoxprofilli “DIRSI” yaşayış kompleksi çərçivəsində “DIRSI Mall” ticarət mərkəzinin inkişaf konsepsiyasının işlənməsində sıx əməkdaşlıq ediblər.
“Sonae Sierra”-ın təcrübəsi və müvəffəqiyyəti unikal ticarət mərkəzlərinin yaradılması sahəsində beynəlxalq mütəxəssislər üçün şübhəsizdir. Hal-hazırda korporasiya bazar qiyməti 6 mlrd. avro və ümumi sahəsi 1,9 mln. kvadrat metr olan 46 ticarət mərkəzinin mülkiyyətçisidir.
Bu cür tərəfdaşlarla əməkdaşlıq, “AS Group İnvestment”-in qısa bir müddət ərzində Azərbaycanın aparıcı developerləri sırasına daxil olmasına şərait yaratdı. Bunun nəticəsində şirkətə getdikcə daha çox mürəkkəb və perspektivli layihələrin reallaşdırılması həvalə edilir.
- renessans place # park residence # as group investment # Baku2015