21.02.2015
“Renessans Palace”ın rəsmi saytında “onlayn kalkulyator” xidməti istifadəyə verilib
Bu günlərdə www.renessanspalace.az interaktiv saytı öz ziyarətçilərini növbəti yeniliklə sevindirdi. Belə ki, saytda “onlayn kalkulyator” xidməti istifadəyə verildi. Saytın menyusunda “Ödəmə şərtləri” adında yeni bir bölmə yaradılıb. Burada “Kalkulyator” və “Mənzillərin Seçimi” bölmələrini seçdikdən sonra bütün satışda olan mənzillər haqqında məlumat əldə etmək olar. Seçiminizi etdikdən sonra, ekranın sağ, aşağı hissəsində “onlayn kalkulyator” bölməsini görəcəksiniz. Onlayn kalkulyatoru seçməklə, siz mənzilin nömrəsi, yerləşməsi, sahəsi və qiyməti haqqında məlumat əldə edə bilərsiniz. Əvvəlcədən qeyd edək ki, mənzilin dəyərinin 100% ödəyən müştərilər üçün endirimlər nəzərdə tutulub. Əgər siz mənzilin dəyərini hissə-hissə ödəmək istəyirsinizsə, onda “Hissəvi ödəniş” bölməsi seçilməlidir. Amma xatırlatmaq yerinə düşər ki, hissəvi ödənişin maksimum müddəti 60 aydır. Seçdiyiniz mənzil və hissəvi ödənişin müddətindən asılı olaraq siz onlayn kalkulyator vasitəsi ilə aylıq ödənişin həcmini öyrənirsiniz. Biz əminik ki, istifadəçilərin ixtiyarına verilən yeni xidmət – onlayn kalkulyator – “Renessans Palace”da real və potensial mənzil alıcılarına praktiki yardım edəcək və müştərilərimizlə əməkdaşlığımızı daha da möhkəmləndirəcək.