04.02.2015
“Renessans Palace” Yaşayış Kompleksində “Açıq qapı günü” keçirildi
“Renessans Palace” Yaşayış Kompleksini inşa edən “AS Group Investment” Şirkətlər Qrupu yeni bir ilkə imza ataraq, yaşayış kompleksinin gələcək sakinlərini sevindirdi. “AS Group Investment”in atdığı bu addım digər şirkətlər üçün də öz müştəriləri ilə münasibət qurmaqda nümunə ola bilər. Azərbaycanda ilk dəfə olaraq “Renessans Palace”ın inşa olunduğu ərazidə kompleksin gələcək sakinləri və maraqlanan şəxslər üçün “Açıq qapı günü” keçirildi. Tədbir çərçivəsində kompleksin gələcək sakinləri tikinti prosesi haqqında hərtərəfli məlumat və onları maraqlandıran suallara cavab aldılar, həmçinin tikinti işlərinin gedişi ilə tanış oldular. Tədbir çərçivəsində çıxış edən “AZMAN” Mənzil-tikinti kooperativinin direktoru Azad Bağırlı “Renessans Palace” Yaşayış Kompleksinə böyük marağın olduğunu qeyd etdi. “Bu obyektiv səbəblərlə bağlıdır. Belə ki “Renessans Palace” premium səviyyəli yaşayış binalarının beş standartına cavab verir. Sifarişçi olaraq biz tam əminliklə bildirir ki, YK tikintisi vaxtında başa çatacaq. Bizim əminliyimizi möhkəmləndirən tikinti işlərinin planlaşdırılmış qrafik üzrə getməsi və tikinti şirkətinin zəngin təcrübəsidir. Belə ki “AS Group Investment” Hövsan qəsəbəsində Olimpiya idman kompleksini inşa edib. 2014-cü ildə Qafqazın ən iri yaşayış kompleksi olan “DIRSI”in inşasının birinci mərhələsini başa çatdırıb. Ən nəhayət keçən ilin dekabrında “AS Group Investment” Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibatı bınasının inşasını başa çatdırdı. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmışlər. Cənab prezidentin “AS Group Investment” tərəfindən icra olunan layihələrin açılış mərasimində iştirakı dövlətin etimadından və layihələrin yüksək keyfiyyətindən xəbər verir”. Öz növbəsində “AS Group Investment” Şirkətlər Qrupunun Strateji inkişaf və marketing departamentinin rəisi Elçin Niyazov öz çıxışı zamanı bildirdi ki, bu gün Azərbaycanda inşa etdiyi binaları premium səviyyəyə aid edən kifayət qədər tikinti şirkəti var. “Amma premium səviyyənin öz fərqləndirici xüsusiyyətləri var: yüksək seviyyəli təhlükəsizlik, inkişaf etmiş infrastruktur, tikinti şirkətinin müsbət reputasiyası, şəhərin mərkəzinə yaxın məsafədə yerləşmə və memarlıq üslubu. Əgər məsələyə bu rakursdan baxsaq, onda Azərbaycanda premium səviyyəli mənzil inşa edən şirkətlərin sayı o qədər də çox deyil. “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən “Renessans Palace” premium səviyyəli yaşam standartlarının bütün tələblərinə cavab verən nadir layihələrdən biridir. Bu əsasını müştərilərə yüksək səviyyəli xidmət təşkil edən “AS Group Investment”in marketinq siyasəti ilə bağlıdır. Azərbaycanda və Gürcüstanda layihələr reallaşdıran zaman “AS Group Investment” bütün xidmətlərin bir addımlıqda yerləşməsi konsepsiyasını təqib edir. Belə ki, “Renessans Palace”ın ərazisində fitnes-SPA mərkəzlər, uşaq bağçası, kimyəvi təmizləmə, 1,5 hektar ərazisi olan park, velosiped və qaçış zolağları, həmçinin tematik-əyləncə mərkəzi inşa olunacaq. “Renessans Palace”da 1537 avtomobil üçün yeraltı parkinqdə nəzərdə tutulub. 24-saatlıq mühafizə xidməti və videomüşahidə, “avtomobilsiz həyət” konsepsiyası, və binanın konturu boyunca qapalı perimetr kompleksin sakinlərinin təhlükəsizliyini tam olaraq təmin edəcək. “Renessans Palace”da mənzillərin əlçatanlığını artırmaq üçün ipoteka proqramının yaradılması üzərində iş gedir”. Bundan sonra E.Niyazov təqdim etdiyi prezentasiya çərçivəsində, tədbir iştirakçılarını “AS Group Investment”in miqyası və gerçəkləşdirdiyi layihələr haqqında geniş məlumat verdi. Tikinti və planlama departamentinin rəisi Zahid Jalalov səkkiz ay ərzində görülən işlər haqqında söhbət açdı. Onun sözlərinə görə bütün işlər rəsmi qurumlardan alınmış icazə əsasında həyata keçirilir: “Belə ki, eskiz plan Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb və işçi çertyojların layihələndirilməsinə sərəncam alınıb. Qısa bir müddət ərzində 2, 3 və 4-cü binaların işçi çertyojları hazırlanıb. Üçüncü binanın işçi çertyoju haqqında Fövqəladə hallar nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin Ekpertiza Departamentinin rəyi alınıb. Yer-bərkidilmə işləri həyata keçirilib. Hündüyu iki metrə çatan, monolit dəmir-beton bünövrə qoyulub. Bu günlərdə -3 mərtəbəsinin inşasına başlanılıb. Tikinti işləri plan üzrə gedir, və yaşayış kompleksi vaxtında tikilib gələcək sakinlərinin ixtiyarına veriləcək”. “AZMAN” MTK və “AS Group Investment”in rəhbərliyinin çıxışından sonra tədbir iştirakçıları tikinti işlərinin gedişi ilə tanış oldular və onları maraqlandıran suallara cavab aldılar. Açıq qapı günü dostluq abu-havasında, ən əsası hər iki tərəf üçün səmərəli oldu: tikinti şirkəti öz müştərilərini daha yaxşı anlamağa başladı, müştərilər isə seçimlərində daha da möhkəmləndilər.