“Renessans Palace”-ın tikintisi sürətlə davam edir. Belə ki, №2 binanın “A” blokunda monolit dəmir-beton plitənin betonlanması həyata keçirilib, “B1” blokunda isə armatur karkasın yığılması davam edir.
№3 binanın “A” və “B” bloklarında isə -3 səviyyəsində armatur karkasın yığılması və qəlibin qurulması işləri həyata keçirilib. Həmin binanın “C” blokunda, -1 səviyyəsində armatur karkasın yığılması və qəlibin qurulması işləri başa çatdırılıb.
Qeyd edək ki, -1 səviyyəsində “Renessans Palace”-da kommersiya obyektləri yerləşəcək. Beləliklə, “C” blokunda kommersiya obyektləri üçün nəzərdə tutulmuş mərtəbənin tikintisi başa çatmaq üzrədir.
№4 binanın “A” blokunda -1 səviyyəsində qəlibin qurulması və betonlanma işləri həyata keçirilir. Həmin binanın “B”, “B1” və “C” bloklarında armatur karkasın yığılması və qəlibin qurulması işləri həyata keçirilib.