Cəmi bir neçə saat sonra biz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili qeyd edəcəyik.
Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1989-cu ilin dekabrdan sonra Dünya Azərbaycanlılarının həyatında çoxlu dəyişiklər baş verdi, ən əsası isə Azərbaycan öz müstəqilliyini əldə etdi. Bu gün biz – bütün dünyada yaşayan azərbaycanlılar haqlı olaraq müstəqil Azərbaycan dövləti ilə fəxr edirik. 24 ildir ki, əldə etdiyimiz müstəqillik bizim ən böyük sərvətimizdir.
Bu ilin iyun ayında Azərbaycanda birinci Avropa oyunları keçirildi. Azərbaycan komandası 56 medal qazanmaqla və 50 ölkə arasında ikinci yeri tutmaqla Azərbaycanın idman tarixinə yeni parlaq səhifə əlavə etdi. Möhtəşəm təşkil olunmuş yarışlar zamanı bütün dünya Azərbaycanın zəngin və heyrətamiz mədəniyyətini tanıdı. Müstəqillik illəri ərzində əldə edilən bu uğurlar gələcəyə nikbin baxmağa şərait yaradır.
“Renessans Palace” Yaşayış Kompleksi sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir qarşıdan gələn ildə peşəkar sahədə uğurlar, cansağlığı və xoşbəxtlik arzu edir.