07.01.2016
“Renessans Palace” sizə 20 illik ipoteka təklif edir

Dekabr ayında “Renessans Palace” Yaşayış Kompleksində 20 illik ipoteka proqramına start verilib. İpotekanın ilkin ödənişi – 10%, illik faiz dərəcəsi – 8% təşkil edir. İpoteka yalnız manatla verilir ki, bu da vətəndaşlara rahatlıq yaradır. Yeni şərtlərə əsasən ilkin ödəniş 10 min manatdan, mənzillər üzrə aylıq ipoteka ödənişi isə 720 manatdan başlayır. Qeyd edək ki, “Renessans Palace”-da yeni ipoteka məhsuluna start veriləndən sonra, ölkə üzrə ipoteka bazarında təklifin həcmi 160 mln. manat artıb.

“Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group İnvestment” Şirkətlər Qrupu tikinti işlərinə start verildiyi ilk gündən insanları premium həyat tərzinə yaxınlaşdıracaq mexanizmin yaradılması üzərində iş aparırdı. Məhz bunun nəticəsi olaraq vətəndaşlara çox sərfəli şərtlərlə ipoteka təqdim olunur.

Xatırlatmaq istərdik ki, “Renessans Palace” premium-klassın bütün standartlarına cavab verir. “Avtomobilsiz həyət” konsepsiyasının tətbiqi sayəsində vətəndaşlarının sərəncamına 1,5 ha sahəsi olan həyət və park təqdim olunacaq. İdman meydançası və idman infrastrukturu, tennis kortu, qaçış və velosiped yolları, yaşıllıqlar, köşklər, super-market, uşaq bağçası bir sözlə zəngin infrastruktur “AS Group İnvestment”-in sadiq olduğu “bütün xidmətlər bir addımlıqda” konsepsiyasının reallaşmasına xidmət edir.

Gələn zənglər və müraciətlər yeni təklifin vətəndaşların böyük marağına səbəb olduğunu söyləməyə əsas verir.

Biz sizə də bu unikal şərtlərdən istifadə etməyi təklif edirik!

#renessanspalace #premiummənzil #ipoteka