07.03.2016
“Renessans Palace” qadınları 8 Mart münasibətilə təbrik edir

8 mart bir çox ölkələrdə Beynəlxalq qadınlar günü kimi qeyd edilir. Rəsmi mənbələrə əsasən, beynəlxalq qadınlar gününün qeyd edilməsi haqqında qərar 1910-cu ildə qəbul edilmişdir. Bir il sonra bu bayramı Almaniyada, Avstriyada, İsveçrədə və Danimarkada milyonlarla insan qeyd etmişdir. Azərbaycanda ilk dəfə 8 Mart bayramı 1917-ci ildə qeyd olunub.
Azərbaycanda qadına həmişə xüsusi münasibət, xüsusi hörmət olub. Folklorda Azərbaycan qadını sədaqətli həyat yoldaşı, qayğıkeş ana və vətənini sevən bir vətənpərvər obrazını tərənnüm edib. Bu Azərbaycan qadınının cəmiyyətin ictimai-siyası həyatında oynadığı roldan qaynaqlanır. Məhz bunun məntiqi nəticəsi olaraq, Azərbaycan 1918-ci ildə Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verib. Müqayisə üçün qeyd edək ki, ABŞ-da qadınlar seçki hüququnu Azərbaycan qadınlarından 5 il sonra əldə ediblər. Bir çox Avropa ölkələrində isə qadınlara seçki hüququ onilliklər keçəndən sonra verilib.
Bu gün də Azərbaycan qadını ölkənin ictimai-siyasi, sosial-iqtisadi, həmçinin mədəni və ədəbi həyatında fəal rol oynamaqla yanaşı olaraq ana obrazını və yalnız ona xas olan xüsusi zərifliyi qoruyub saxlaya bilib.
“Renessans Palace” Yaşayış Kompleksi qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara cansağlığı və səadət arzu edir.