07.12.2016
"Renessans Palace" premium yaşayış kompleksi

“Renessans Palace” yaşayış kompleksi sizə premium həyat tərzini təklif edir. Kompleks “Elmlər Akademiyası” metro stansiyasından cəmi 500 metr məsafədə yerləşir.
Premium standartın bütün tələbləri təmin olunub. Sakinlərin təhlükəsizliyi mühafizə xidməti və videomüşahidə sistemi vasitəsilə təmin ediləcək.
“Renessans Palace”-ın ilk iki mərtəbəsində super-market, uşaq bağçası, SPA və fitness mərkəzləri, tibb mərkəzi, həmçinin digər sosial və kommersiya yönlü obyektlər yaradılacaq. “Avtomobilsiz həyət” konsepsiyası sayəsində 1,5 ha sahəsi olan park sakinlərin sərəncamına veriləcək. Avtomobillər xüsusi mühafizə olunan giriş vasitəsilə 3-mərtəbəli yeraltı dayanacağa daxil olacaq. Parkda isə qaçış və velosiped zolaqları, tennis kortu, idman meydançası və idman qurğuları, köşklər və yaşıllıqlar salınacaq.
Qranit və ağlaylı fasad neoklassik memarlıq üslubunda inşa edilən “Renessans Palace”-ın əzəmətini xüsusilə vurğulayır.
“Renessans Palace”-ın tikintisində müasir texnologiyalardan və yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Betonun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya ilə yanaşı olaraq, təməldə olan istinad divarlarının betonuna mayə şüşə əlavə olunub ki, bu da nəmə və qrunt sularına qarşı üçqat müdafiəni təmin edir. Divarlar beton bloklardan hörüləcək. Bu tikinti materialı adi kərpic və daşa nisbətən qat-qat bahalı olsa da istiliyi daha yaxşı saxlayır, mənzilin isidilməsi ilə bağlı xərcləri dəfələrlə azaldır.
Tikinti işləri sürətlə davam edir, “Renessans Palace”-ın 4 korpusu kompleks şəklində 2017-ci ilin 2-ci yarısında sakinlərin sərəncamına veriləcək.
“Renessans Palace” müştərilərə 100% ödənişlə yanaşı olaraq, minimal ilkin ödənişi 30% təşkil edən 2-illik faizsiz daxili kredit və minimal ilkin ödənişi 10%, illiyi 10% təşkil edən 20-illik ipoteka təklif edir.
Hal-hazırda “Renessans Palace”-da mənzillərin yarısından çoxu satılıb. Mənzilləri alanlar yüksək statuslu insanlar, o cümlədən biznesmenlər, həkimlər, ziyalılar və görkəmli şəxsiyyətlərdir.
Siz də yüksək statuslu insanlarla qonşu olmağa tələsin.