27.04.2016
Renessans Palace - İyunun 1-dən yeni qiymətlər

“Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” premium-klass yaşayış kompleksində iyunun 1-dən 1m² qiyməti 100 manat bahalaşacaq. Qeyd edək ki, hal-hazırda yaşayış kompleksində 1m² qiyməti 1550 manatdan başlayır və bu qiymətlər 2014-cü ilin dekabr ayından dəyişməyib.
Sərfəli qiymətlərlə yanaşı olaraq “Renessans Palace” rahat satış şərtləri təklif edir. Mənzilin tam dəyərini ödəyən qiymət endirimləri əldə edir. 2 illik faizsiz daxili kreditin ilkin ödənişi minimum 30%-dir, mənzilin qiymətinin yerdə qalan hissəsi 24 aya bölünür. Ən nəhayət 20 illik ipoteka zamanı ilkin ödəniş – 10%, illik faiz dərəcəsi – 8% (effektiv – 4,5%) təşkil edir.
Sual yarana bilər ki, “Renessans Palace” yaşayış kompleksi bu qiymət və şərtlərlə nə təklif edir? “Avtomobilsiz həyət” konsepsiyası kompleksin həyətində nəqliyyat vasitələrinin hərəkətini qadağan edir. Avtomobillər xüsusi girişdən birbaşa üçmərtəbəli yeraltı dayanacağa daxil olacaq. Beləliklə, “avtomobilsiz həyət” konsepsiyası sayəsində 1,5 ha sahəsi olan həyət və park sakinlərin sərəncamına veriləcək. Tennis kortu, basketbol meydançası, idman qurğuları, qaçış və velosiped yolları kompleksin həyətində idmanla məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Ekzotik ağaclar, yaşıllıqlar, güllər və süni göl səs-küylü meqapolisin tam mərkəzində canlı təbiət abu havasını yaradacaq. Yaşayış binalarının 1 və 2-ci mərtəbələrində fitness və SPA mərkəzləri, uşaq bağçası, restoran və digər obyektlər yerləşəcək.
Beləliklə, “Renessans Palace”-ın təqdim etdiyi zəngin infrastruktur, rahat yerləşmə və yüksək keyfiyyətə 1 iyunadək çox sərfəli qiymətlərlə sahib ola bilərsiniz.

#renessanspalace #yasamal #ipoteka