18.07.2016
“Renessans Palace”-dan Yay kampaniyası

11 iyuldan etibarən “Renessans Palace” premium-klass yaşayış kompleksində Yay kampaniyasına start verilib. Kampaniya çərçivəsində mənzillər 28 min manatadək endirimlə təklif olunur. Yayın sonunadək davam edəcək kampaniya ərzində mənzillərin kvadrat metrinin qiyməti 1800 manatdan 1500 manatadək endirilib. Kampaniyada cəmi 26 mənzil iştirak edir. Bu mənzilləri siz ilkin ödənişi 10%, illik faiz dərəcəsi – 10% olan 20 illik ipoteka və 2 illik faizsiz daxili kreditlə əldə edə bilərsiniz. Daxili kreditin minimal ilkin ödənişi 30% təşkil edir.

“Renessans Palace” yaşayış kompleksi “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, keçmiş №5 çörək zavodunun bir addımlığında yerləşir. Kompleksin tikintisini həyata keçirən “AS Group İnvestment” Şirkətlər qrupu burada sadiq olduğu “bütün xidmətlər bir addımlıqda” konsepsiyasını reallaşdırır. Öz növbəsində “avtomobilsiz həyət” konsepsiyasının tətbiqi sayəsində 1,5 ha sahəsi olan həyət və park sakinlərin sərəncamına veriləcək. Yaşayış kompleksində idman meydançası, idman qurğuları, tennis kortu, qaçış və velosiped yolları, yaşıllıqlar, köşklər, super-market, uşaq bağçası və bir çox digər sosial və kommersiya yönümlü obyektlər yaradılacaq.

“Renessans Palace”-ın təklif etdiyi növbəti unikal təklifdən istifadə etməyə tələsin!