26.07.2017
"Renessans Palace"-dan sərfəli şərtlərlə kredit təklifi

“Renessans Palace” premium klass yaşayış kompleksi Sizə 3 illik kredit təklif edir. Kreditin minimal ilkin ödənişi 30% təşkil edir. “Renessans Palace” premium klass yaşayış kompleksinin tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu tikinti işlərinə start verildiyi ilk gündən etibarən insanları premium həyat tərzinə yaxınlaşdıracaq mexanizmin üzərində iş aparır. Məhz görülən işlərin məntiqi nəticəsi olaraq, potensial alıcılara sərfəli şərtlərlə kredit təklif olunur.

Qeyd edək ki, “Renessans Palace” premium klass yaşayış kompleksi 2,7 ha ərazidə yerləşir. Bu layihəni “AS Group Investment” Şirkətlər qrupu “avtomobilsiz həyət” konsepsiyası əsasında inşa edir. Bu konsepsiya həyətdə avtomobillərin hərəkətini qadağan edir. Avtomobillər xüsusi mühafizə olunan girişdən yeraltı dayanacağa daxil olacaq. 1,5 ha sahəsi olan həyət isə tam olaraq sakinlərin sərəncamına veriləcək. Burada uşaq oyun meydançası, tennis kortu, idman meydançası, idman qurğuları, velosiped və qaçış zolaqları, süni göl və yaşıllıqlar salınacaq.

Yaşayış binalarının ilk iki mərtəbəsində kommersiya və sosial yönümlü obyektlər, o cümlədən supermarket, tibb mərkəzi, fitnes və SPA mərkəzləri, uşaq bağçası, brend dükanlar yerləşəcək. Qranit və ağlayla üzlənmiş fasad, neoklassik memarlıq üslubunda inşa edilən dörd 18-mərtəbəli binanın əzəmətini xüsusilə vurğulayır. Hər blokda cəmi 3-4 mənzil və “Mitsubishi” markalı 3 lift yerləşəcək. Mənzillərdə isə 4-kameralı izosistem pəncərələr quraşdırılacaq.
“Renessans Palace” premium klass yaşayış kompleksi və kredit şərtləri haqqında ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edin:
Mob: +99450 715 88 88