14.03.2016
“Renessans Palace”-dan Bahar kampaniyası

Baharın gəlişi ilə əlaqədar olaraq “Renessans Palace” Yaşayış Kompleksi 15 aprelə qədər davam edəcək yeni “Bahar Kampaniyasına” start verib. Kampaniya çərçivəsində 30 mənzil 10% (26 min manatadək) endirimlə təklif olunur. “Renessans Palace”-da qiymətlərin 2014-cü ilin dekabrdan dəyişməz qaldığını nəzərə alsaq bu təklif xüsusilə sərfəlidir. Bu sərfəli qiymətlərlə satılan mənzilləri ilkin ödənişi 10%, illiyi 8% olan 20 illik ipoteka ilə əldə edə bilərsiniz.

“Renessans Palace” Yaşayış Kompleksi “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, keçmiş №5 çörək zavodunun bir addımlığında yerləşir. Kompleksin tikintisini həyata keçirən “AS Group İnvestment” Şirkətlər Qrupu burada sadiq olduğu “bütün xidmətlər bir addımlıqda” konsepsiyasını reallaşdırır. “Avtomobilsiz həyət” konsepsiyasının tətbiqi sayəsində “Renessans Palace”-da vətəndaşlarının sərəncamına 1,5 ha sahəsi olan həyət və park təqdim olunacaq. Yaşayış Kompleksində idman meydançası və idman infrastrukturu, tennis kortu, qaçış və velosiped yolları, yaşıllıqlar, köşklər, super-market, uşaq bağçası və bir çox digər sosial və kommersiya yönlü obyektlər yaradılacaq.
Bu unikal təklifdən istifadə etməyə tələsin!