21.08.2016
“Renessans Palace”-da tikinti işlərinin gedişatı

“Renessans Palace” premium-klass yaşayış kompleksinin tikintisi sürətlə davam edir.
1-ci korpusun “A” blokunda tikinti işləri 3-cü mərtəbədə, “B” və “C” bloklarında 6-cı mərtəbədə, “E” blokunda 1-ci mərtəbədə gedir.
2-ci korpusda monolit dəmir-beton işləri “A” və “B” bloklarının sonuncu mərtəbələrində gedir. “C”, “D” və “E” bloklarında dəmir-beton işləri artıq başa çatıb, yuxarı mərtəbələrin beton divar blokları ilə hörülməsi həyata keçirilir. Xatırlatmaq istərdik ki, bu tikinti materialı adi kərpic və daşa nisbətən qat-qat baha olsa da istiliyi daha yaxşı saxlayır, mənzilin isidilməsi ilə bağlı xərcləri dəfələrlə azaldır.
3-cü korpusun “A” və “B” bloklarında monolit dəmir-beton işləri 16-cı mərtəbədə gedir. “C”, “D” və “E” bloklarında monolit dəmir-beton işləri artıq başa çatıb, yuxarı mərtəbələr beton divar blokları ilə hörülür.
4-cü korpusda monolit dəmir-beton işləri artıq başa çatıb, yuxarı mərtəbələr beton divar blokları ilə hörülür.
Xatırladaq ki, “Renessans Palace”-da tikinti işləri 2014-cü ilin may ayında başlayıb. Premium-klass yaşayış kompleksində tikinti işləri 2017-ci ildə başa çatacaq.

#renessanspalace #ipoteka #Yasamal