2014-cü ilin may ayında premium-klass “Renessans Palace” yaşayış kompleksində tikinti işlərinə start verildi. Regionun aparıcı developerlərindən olan “AS Group İnvestment”-in mühəndisləri monolit dəmir-beton işlərinin 2016-cı ilin may ayında baş çatacağını söyləsə də, çoxları bu vədə şübhə ilə yanaşırdı. Amma tikinti şirkətinin peşəkar və məsuliyyətli yanaşması çoxlarının şübhələrinə son qoydu.
Belə ki, hal-hazırda 7-ci mərtəbədə gedən monolit dəmir-beton işləri artıq başa çatıb, 8-ci mərtəbəyə keçib. Mühəndislərin sözlərinə görə hal-hazırda bir aya 2-2,5 mərtəbə ucaldılır. Qarşıdan gələn altı ay daha 11 mərtəbədə monolit dəmir-beton işlərinin bitməsi üçün tam yetərli olacaq.
Xatırladaq ki, “Renessans Palace” yaşayış kompleksi premium-klassın 5 standartına cavab verir və “avtomobilsiz həyət” konsepsiyası əsasında inşa olunur. Bu konsepsiya sayəsində 1,5 ha sahəsi olan nəhəng park və həyət sakinlərin sərəncamına veriləcək.