Dekabrın 1-dən etibarən “Renessans Palace” premium-klass yaşayış kompleksində “Mənzili sərbəst qrafiklə ödə” kampaniyası başa çatır. Oktyabrın 1-dən başlayan bu kampaniyanın şərtlərinə əsasən, mənzili kreditlə almaq istəyənlər ilkin ödəniş olaraq mənzilin dəyərinin 15% ödəyir. Digər 15% isə müştəri 24 ay ərzində sərbəst qrafiklə ödəyə bilər. Mənzilin dəyərinin qalıq hissəsi kreditin 25-ci ayında ödənilməlidir. Oktyabrın 1-dən bugünədək satılan mənzillərin 76% bu satış şərti ilə satılıb.
Bu satış şərtinin alıcıların rəğbətini qazanmasının bir çox səbəbləri var. “Renessans Palace” premium-klass yaşayış kompleksinin tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupunun Marketinq və PR şöbəsi potensial müştərilərin mənzil alışından imtina etmə səbəblərini dərindən araşdırıb. Bu səbəblərin əsasında, aşağıdakı üstünlüklərə malik satış məhsulu müştərilərə təqdim olunub:
• Köhnə mənzilini rahat şəkildə sataraq yenisini almaq imkanı
• Mümkün dərəcədə uzunmüddətli faizsiz hissəvi ödəniş imkanı
• Alıcıların konkret müddətdə ödənilməli olan kredit öhdəliklərindən azad olma imkanı
• Minimal ilkin ödənişi ödəmə imkanı
Bu üstünlüklərə malik satış şərtləri daha çox öz evini satmadan, həyat şəraitini yaxşılaşdırmaq istəyən insanların marağına səbəb olub. “AS Group Investment” Şirkətlər qrupunun Marketinq və PR şöbəsinin rəisi Elmir Kərimli: ““Renessans Palace” yaşayış kompleksi sakinlərin sərəncamına 2017-ci ilin 2-ci yarısında təhvil veriləcək. Yəni, müştəri bu gün “Renessans Palace”-dan kreditlə mənzil alıb, 1 ildən sonra artıq öz mənzilinə köçə bilər. Bu zaman ona öz köhnə mənzilini təcili satmağa ehtiyac yoxdur. O, 2 il ərzində “Renessans Palace”-dakı mənzilinin tam dəyərini ödəmək üçün əlavə gəlir əldə edə bilər və ya öz köhnə mənzilini tələsmədən, daha sərfəli qiymətə sata bilər. “Mənzili sərbəst qrafiklə ödə” kampaniyası 2-aylıq bir müddət üçün nəzərdə tutulmuşdur və dekabrın 1-də bu müddət başa çatır. Beləliklə, bu kampaniyadan yararlanmaq istəyənlər tələsməlidir”.
Xatırladaq ki, “Renessans Palace” yaşayış kompleksi “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, keçmiş №5 çörək zavodunun bir addımlığında yerləşir. “AS Group Investment” burada da sadiq olduğu “bütün xidmətlər bir addımlıqda” konsepsiyasını reallaşdırır. Öz növbəsində “avtomobilsiz həyət” konsepsiyasının tətbiqi sayəsində 1,5 ha sahəsi olan həyət və park sakinlərin sərəncamına veriləcək. Yaşayış kompleksində idman meydançası, idman qurğuları, tennis kortu, qaçış və velosiped zolaqları, yaşıllıqlar, köşklər, super-market, uşaq bağçası və bir çox digər sosial və kommersiya yönlü obyektlər yaradılacaq. 3,45 metr hündürlükdə mənzillər azad planlama imkanına malik olacaq.
Bu satış şərti ilə yanaşı olaraq, “Renessans Palace” müştərilərə 20-illik ipoteka (minimal ilkin ödəniş 10%, illik 10%) və minimal ilkin ödənişi 30% təşkil edən 2-illik faizsiz daxili kredit də təklif edir.