Regionun aparıcı developerlərindən olan “AS Group İnvestment” şirkəti tərəfindən inşa olunan və “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən premium səviyyəli “Renessans Palace” yaşayış kompleksində kommersiya obyektlərinin satışına başlandı. İlkin plana əsasən kommersiya obyektlərinin ümumi sahəsi 20400 kv. metr təşkil edəcək. Qeyd edək ki, kommersiya obyektlərini icarələmək istəyənlər, icarə müqaviləsini şirkətlə indidən bağlaya bilərlər.
“Renessans Palace”-da kommersiya obyektlərinin logistikasınını, profilini və sahəsini əks etdirən inkişaf konsepsiyasının işlənməsi zamanı da “AS Group İnvestment” öz strategiyasına sadiq qalıb, bu sahənin aparıcı təmsilçisi “Sonae Sierra” şirkəti ilə əməkdaşlıq qurdu. Xatırladaq ki, “Sonae Sierra” şirkəti kommersiya obyektləri sahəsində zəngin təcrübəyə malikdir və hal-hazırda şirkət bazar qiyməti 6 mlrd. avro, ümumi sahəsi 1,9 mln. kvadrat metr olan 46 ticarət mərkəzinin mülkiyyətçisidir.
Onu da qeyd etmək yerinə düşər ki, “Sonae Sierra” şirkəti “Renessans Palace” yaşayış kompleksində kommersiya obyektlərinin profilini və sahəsini müəyyən etmədən öncə, geniş bazar araşdırması aparıb. Şirkətin hesablamalarına görə, “Renessans Palace”-ın kommersiya obyektləri əsas əhatə dairəsində məskunlaşan 47 min potensial müştəri üçün mükəmməl yerləşməyə malikdir. Ümumilikdə isə, 2017-ci ildə “Renessans Palace”-da yerləşən kommersiya obyektləri təqribən 256 min mal və xidmət alıcısını cəlb edəcək. Rəsmi statistika və ev təsərrüfatlarının büdcələrinin araşdırılmasına əsaslanan hesablamalar göstərir ki, “Renessans Palace”-ın ümumi əhatə dairəsində əhalinin xalis gəliri 1,4 mlrd. avro. təşkil edəcək. Əhalinin gəlirlərinin 1,1 mlrd. avrosu istehlaka, o cümlədən 629 mln. avro – ərzağın alınmasına, 482 mln. avro – sənayə məhsullarının alınmasına, məişət ehtiyaclarının ödənilməsinə və asüdə vaxtın keçirilməsinə yönələcək.
“Sonae Sierra”-nın verdiyi proqnoza əsasən “Renessans Palace”-ın kommersiya obyektlərində ümumi illik pərakəndə dövriyyə 26 mln. avro təşkil edəcək ki, bundan 7,2 mln. avro ərzağın yerdə qalan 19 mln. isə digər pərakəndə ticarət növlərinin və xidmət sektorunun payına düşəcək. Ümumilikdə “Renessans Palace”-ın kommersiya obyektlərinə ildə 2,4 mln. insan gələcək.
Bununla da, kommersiya obyektlərinin profili və sahəsi mövcud tələbə uyğun olaraq müəyyən olunub. “Sonae Sierra” və “AS Group İnvestment”-in birgə hesablamalarına əsasən “Renessans Palace”-ın kommersiya sahələrində restoran, supermarket, kinoteatr, tibb mərkəzi, idman sağlamlıq mərkəzi, uşaq bağçası və xidmət sektoru müəssisələrinin yaradılması daha məqsədəuyğundur.
Kommersiya obyektlərinin qiyməti obyektin yerləşməsi, sahəsi və profilinə uyğun olaraq dəyişir.
Beləliklə, “Renessans Palace” yaşayış kompleksində kommersiya obyekti almaq və ya icarələməklə, siz artıq bir çox parametrləri dəqiqliklə hesablanmış uğurlu bir biznes layihənin təməlini qoymuş olursunuz.