03.08.2015
“Renessans Palace”-da ikinci dəfə “Açıq qapı günü” keçirildi

Avqustun 1-də “Renessans Palace” yaşayış kompleksində ikinci dəfə “Açıq qapı günü” keçirildi. Görüşdə “AS Group İnvestment” şirkətinin TOP-menecerləri, mənzil almaq üçün müqavilə bağlamış müştərilər və potensial müştərilər iştirak etmişlər.

Tədbirdə çıxış edən layihə rəhbəri Sahib Əliyev görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, “Açıq qapı günü” Bakı şəhər icra hakimiyyəti memarlıq və şəhərsalma baş idarəsinin “Renessans Palace” yaşayış kompleksinə tikinti işlərinin başlanılması üçün yeganə rəsmi əsas olan №97 Xüsusi Nişanın təqdim olunmasına həsr olunub. Xüsusi olaraq vurğulanmışdır ki, Tikinti və şəhərsalma məcəlləsinin sifarişçi və tikinti layihəsi qarşısında qoyduğu çoxsaylı tələblərə görə, bu mühüm sənədi alan tikinti komplekslərinin sayı çox deyil. Ümumilikdə bu günə dək “Renessans Palace” yaşayış kompleksi 24 müxtəlif icazə sənədi alıb.

Marketinq və PR şöbəsinin rəisi Elmir Kərimli təsdiq etdi ki, tikintinin keyfiyyəti və sürəti ilə yanaşı olaraq, “AS Group İnvestment” sənədləşməyə də böyük önəm verir. Halbuki əksər tikinti şirkətləri buna məhəl qoymur. Nəticədə dövlət komissiyasında qəbul zamanı daşınmaz əmlak sahibləri problemlərlə qarşılaşır, bu isə vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədinin alınmasını ləngidir.

“Renessans Palace”-da mənzil alıcıları bağladıqları müqavilənin təhlükəsizliyini hiss etmələri üçün, “AS Group İnvestment” öz fəaliyyətini Qanunun tələbləri əsasında qurub. Qanuna əsasən isə, Dövlət komissiyası tərəfindən tikinti işlərinin qəbul olunması üçün Fövqəladə hallar nazirliyinin tikinti işlərinə dövlət nəzarəti agentliyinin Baş dövlət tikinti müfəttişliyinin rəyi olmalıdır. Beləliklə, Dövlət müffətişliyinin əməkdaşları həftədə üç dəfə “Renessans Palace”-ın inşa olunduğu yerə gəlib, həyata keçirilən tikinti işlərinin keyfiyyətinə nəzarət edir.

Elmir Kərimli həmçinin qeyd etdi ki, bu günə qədər mənzillərin 15%-dən çoxu satılıb və xüsusi olaraq insanların bu layihəyə inamını qeyd etdi. Bu yaxınlarda, yaşayış kompleksinin kommersiya sahələri də satışa çıxarılıb və işgüzar dairələrin böyük marağına səbəb olub.

Bundan sonra, tədbir iştirakçıları tikinti işlərinin gedişatı ilə yerində tanış olub onları maraqlandıran bütün suallara cavab aldılar.

Tədbir iştirakçıları əsası “AS Group Investment” tərəfindən hələ 31 yanvarda qoyulan “Açıq qapı gününün” keçirilməsinin Azərbaycanın bütün tikinti şirkətlərinin fəaliyyətinin prioritet istiqamətinə çevriləcəyinə ümid etdiklərini bildirdilər.