Renessans Palace premium-klass yaşayış kompleksində noyabrın 15-dən etibarən 1m² qiyməti 50-100 manat bahalaşacaq. Bu Renessans Palace-da son 2 ildə yalnız 2-ci qiymət artımıdır. “Hətta daşınmaz əmlak bazarı üçün çətin dövrlərdə də Renessans Palace-da qiymət artmadı. Bu layihədə əməyi olan hər bir insan üçün xüsusilə qürurvericidir ki, tikinti işləri, satışlar və qiymət artımı əvvəlcədən planlaşdırılmış qrafik üzrə həyata keçirilir. Noyabr ayında qiymət artımı əvvəlcədən planlaşdırılmışdır və layihənin marketinq planında öz əksini tapıb”. Bunları Renessans Palace premium-klass yaşayış kompleksinin tikintisini həyata keçirən AS Group Investment Şirkətlər qrupunun Marketinq və PR şöbəsinin rəisi Elmir Kərimli bildirib.
Hal-hazırda yaşayış kompleksində 1m² qiyməti 1650-1900 manat təşkil edir. Paytaxt daşınmaz əmlak bazarının premium seqmentində 1m² orta qiymətinin 1850 manat təşkil etdiyini nəzərə alsaq, bu qiymətlərin kifayət qədər sərfəli olduğu aydın nəzərə çarpır. 2016-cı ilin ilk yarımilliyində satış həcminin keçən ilin analoji dövrünə nisbətən 3 dəfə artması, 3-cü rübdə satış planının 138% yerinə yetirilməsi Renessans Palace-da qiymətlərin müştərilər üçün kifayət qədər sərfəli olduğundan xəbər verir.
Sərfəli qiymətlərlə yanaşı olaraq Renessans Palace-da müştərilərə 3 satış şərti təklif olunur:
1.Beynəlxalq Bankın xətti ilə minimal ilkin ödənişi 10%, illik faiz dərəcəsi 10% olan 20 illik ipoteka.
2. İlkin ödənişi 30% olan 2 illik faizsiz kredit.
3. Sərbəst ödəniş qrafiki ilə 2 illik faizsiz kredit isə xüsusi diqqətə layiqdir. Oktyabrın 1-dən etibarən pilot satış məhsulu kimi tətbiq edilən bu satış şərti böyük ajiotaja səbəb oldu. Bu satış şərtinin sayəsində oktyabr ayında satışlar bütün proqnozları üstələyərək Renessans Palace-ın satış tarixində maksimum nəticə göstərdi. Xüsusilə də qeyd edilməlidir ki, satışların əhəmiyyətli hissəsi məhz sərbəst ödəniş qrafikli kreditin payına düşür. Xatırladaq ki, bu satış şərtlərinə əsasən, müştəri 15% ilkin ödəniş edir, digər 15% isə 24 ay ərzində sərbəst qrafiklə ödəyə bilər. Mənzilin qiymətinin qalıq hissəsi isə müddətin sonunda ödənilməlidir. Bu satış şərtinin faizsiz olması, onu qısamüddətli ipotekadan daha sərfəli edir. Sərbəst ödəniş qrafiki isə, müştərini konkret müddətdə yerinə yetirilməli olan maliyyə öhdəliklərindən azad edir. Bu satış şərtləri ilə maraqlananlar köhnə qiymətləri dəyərləndirmək üçün xüsusilə tələsməlidirlər. Belə ki, 15 noyabrdan sonra bu satış şərtləri ilə təklif olunan mənzillərin 1m² qiyməti 50 – 100 manat bahalaşacaq.
Xatırladaq ki, Renessans Palace premium-klass yaşayış kompleksi Elmlər Akademiyası metro stansiyası yaxınlığında yerləşir. Qranit və ağlayla üzlənəcək fasad neoklassik memarlıq üslubunda tikilən binaların əzəmətini vurğulayır. Premium standartlara uyğun olaraq kompleksin ərazisində zəngin infrastruktur yaradılacaq. Kommersiya mərtəbələrində fitnes və SPA mərkəzləri, uşaq bağçası, supermarket, restoran və kafelər, tibb mərkəzi, tematik əyləncə mərkəzi yerləşəcək. “Avtomobilsiz həyət” konsepsiyası sayəsində 1,5 hektar sahəsi olan parkda avtomobil olmayacaq. Avtomobillər mühafizə olunan giriş vasitəsilə 3-mərtəbəli yeraltı dayanacağa daxil olacaq. Parkda yaşıllıqlar, söhbətgahlar, tennis kortu və idman meydançası, qaçış və velosiped zolaqları salınacaq.
Bu unikal layihədə premium mənzilə daha sərfəli şərtlərlə sahib olmağa tələsin!
#RenessansPalace #ipoteka #premium #Yasamal