28.10.2015
“Renessans Palace” BakuBuild2015 sərgisində iştirak etmişdir

21-24 oktyabr tarixində Bakıda, Expo mərkəzdə BakuBuild2015 – 21-ci beynəlxalq tikinti sərgisi baş tutdu. Tikinti sənayəsinin digər təmsilçiləri ilə yanaşı olaraq sərgidə regionun aparıcı developerlərində biri, “AS Group İnvestment” Şirkətlər Qrupu da iştirak etmişdir. Digər layihələri ilə yanaşı olaraq, “AS Group İnvestment” sərgidə premium səviyyəli “Renessans Palace” yaşayış kompleksini təqdim etdi.

Sərgidə təqdim olunan maket “Renessans Palace” layihəsini əks etdirir. Neoklassik üslubda inşa olunan dörd möhtəşəm bina, unikal “maşınsız həyət konsepsiyası”, zəngin infrastruktura malik və canlı təbiəti əks etdirən böyük həyət sərginin ziyarətçilərini laqeyd qoymadı. Ziyarətçilərin çoxu bu unikal layihə ilə artıq tanışdılar, amma onu yenidən görmək imkanına şad oldular. “Renessans Palace” layihəsi ilə ilk dəfə tanış olanlar isə, layihə haqqında əlavə məlumat tələb edirdilər.

BakuBuild2015 sərgisində iştirak “Renessans Palace” üçün növbəti uğurla əlamətdar oldu.