31 dekabr Azərbaycanda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” kimi qeyd olunur. 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədinin dağıtmaqla Arazın hər iki tərəfində yaşayan azərbaycanlılar bir millət olduğunu bütün dünyaya göstərdilər. Bu vaxt İstanbulda keçirilən türk dilli xalqların konfransında Dünya Azərbaycanlılarının Həmrəyliyinin qeyd olunması qərarı verildi.
Bu tarixi gündən sonra, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdi. Bu gün Azərbaycan dünyanın aparıcı ölkələri tərəfindən etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilir, dünya Azərbaycanın zəngin mədəniyyətini və heyrətamiz təbiətini tanıyır. Bu gün Azərbaycan vətəndaşları və digər ölkələrdə yaşayan azərbaycanlılar müstəqil Azərbaycan dövləti ilə fəxr edir. 25 ildir ki, müstəqil olan Azərbaycanımız bizim ən böyük sərvətimizdir.
“Renessans Palace” Azərbaycan xalqını “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə təbrik edir, qarşıdan gələn ildə peşəkar sahədə uğurlar, cansağlığı və xoşbəxtlik arzu edir.