09.11.2015
«Renessans Palace» Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmişdir.
Rəsmi olaraq Milli Bayraq, yenidən 72 il sonra Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 17 noyabr 2009-cu ildə imzalanmış sərəncama əsasən 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət başçısı həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında təklifinə əsasən Dövlət Bayrağı Günü Azərbaycanda qeyri-iş günüdür.
“Renessans Palace” Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir və Azərbaycanın Milli Bayrağının əsrlər boyu müstəqil Azərbaycanın ərazisində dalğalanacağına öz əminliyini bildirir.