Mənzillərin satış prosesini inkişaf etdirmək məqsədi ilə, tikinti şirkətləri müştərilər üçün müxtəlif kreditləşmə mexanizmləri yaradırlar. Təbii ki, mexanizmlərin müəyyən riskləri var: kredit uzun müddətli olur, bununla yanaşı olaraq maliyyə bazarında qeyri-stabillik, valyuta məzənnələrinin dəyişkənliyi müşahidə olunur.
Kreditin mənzil alıcısının gəlirlərini əldə etdiyi valyuta ilə verilməsi ən risksiz variantdır. Bu hər iki tərəfin mümkün riskləri bərabər bölüşməsinə şərait yaradır. Təsadüfi deyil ki, potensial mənzil alıcıları hal-hazırda ancaq manatla verilən kreditlərin axtarışındadırlar. Amma bu da, müştəriləri əlavə ödənişlərdən azad etmir. Mənzili, o cümlədən premium səviyyəli mənzili almaq üçün, nisbətən qənaətli variantlar da var.
“Renessans Palace” yaşayış kompleksində bütün maliyyə əməliyyatları öncədən yalnız manatla həyata keçirilir. Bunun bir çox səbəbləri var. İlk növbədə bu tikinti şirkəti – “AS Group İnvestment”-in söykəndiyi güclü istehsalat bazası ilə əlaqədardır. Şirkətin müəssisələri tikinti materialları, çınqıl, otsev, armokarkas, dəmir-beton və beton məmulatları, bordür, səki daşları və digər tikinti materiallarını istehsal edirlər. Bundan əlavə, şirkətin avtoparkında 230-dan çox tikinti və istehsal texnikası var. Özünün istehsalat bazasının olması, idxal və digər şirkətlərin təchizatından asılılığın olmaması “AS Group İnvestment”-ə öz müştərilərinə ən sərfəli şərtləri təklif etməyə şərait yaradır.
“Renessans Palace”-da mənzilləri əl çatan edən nədir? İlkin ödəniş – 20%. 3 illik kredit zamanı, mənzilin ilkin dəyərinə cəmi – 5%, 4 illik kredit zamanı – 7%, 5 illik kredit zamanı – 10% ödəmək lazımdır. 2 ilə dək olan kredit üçün ümumiyyətlə faiz hesablanmır. Müqayisə ücün qeyd edək ki, standart ipoteka zamanı 5 il ərzində mənzilin ilkin dəyərinə 26% əlavə vəsait ödənilir.
Deyilənlərə həmçinin “AS Group İnvetment”-də müştərilərlə sadələşmiş iş prinsipini də əlavə etmək lazımdır – sənədlərin hazırlanması üçün xərclərin və girovun olmaması və s. Bunların hamısı birlikdə şirkətin nəzərəçarpacaq üstünlüyüdür.
- renessans palace # park residence # as group investment # Baku2015