11.06.2015
Renessans Palace: 1,5 ha sahəsi olan park və həyət

Tikinti sahəsinin Azərbaycanda son illərdə inkişafı tikilən mənzillərin keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Buna həmçinin potensial alıcıların artan tələbləri də təsir edib. Onlar rahatlığı yalnız öz evlərində deyil, həm də ondan kənarda da axtarırlar.
“Bütün xidmətlər bir addımlıqda” və “maksimum rahatlıq” prinsipləri əsasında inşa edilən “Renessans Palace” yaşayış kompleksi məhz bu cür tələbkar alıcılar üçün nəzərdə tutulub. Bunun üçün regionun aparıcı developerlərindən olan “AS Group İnvestment” tikinti şirkəti maksimum səy göstərir.
Belə ki, kompleksin sakinlərini sahəsi 1,5 ha olan nəhəng həyətyanı ərazi və park gözləyir. İnsanların həyat tərzinin müxtəlif olması “Renessans Palace”-ın memarları tərəfindən nəzərə alınıb. Söhbət etməyi sevən qadınlar, nərd və domino oynamağı sevən kişilər üçün söhbətgahlar və köşklər inşa ediləcək. Aktiv həyatı sevənlərin sərancamına tennis kortu, basketbol meydanı və müxtəlif idman avadanlığı veriləcək. Park ətrafında kilometrlər uzunluğunda qaçış və velosiped yolları salınacaq. Kompleksin gənc sakinləri üçün uşaq idman meydançası inşa ediləcək.
Bir sözlə “Renessans Palace”-ın park və həyəti ayrı bir aləmdir. Burada hər kəs istədiyini tapacaq.

#renessanspalace #premiummənzil #yasamal