Yüksək neft gəlirləri dövrü Azərbaycanda həyatın bütün sferalarına öz təsirini göstərib. Dəyişikliklər mənzil tikintisindən də yan ötməyib. Daşınmaz əmlak bazarında əsaslı dəyişikliklər baş verir, insanların yeni mənzillərə və evlərə olan tələbləri dəyişir. Daha varlı alıcılar öz diqqətini elit və premium səviyyəli tikililərə yönəldir. Təsadüfi deyil ki, klassik ədəbiyyatın parlaq nümayəndəsi Aleksandr Düma deyirdi: “İnsanlar kimi, evlərin də onların daxili mahiyyətini əks etdirən qəlbi və siması var”. Bu məntiqdən irəli gələrək, müasir dövrdə insanlar daimi yaşayış yerinin seçiminə daha həssas yanaşırlar.
Formalaşmış tələb isə, qiymət artımı ilə nəticələnir. Orta aylıq məvacibi 457 manat olan azərbaycanlı bu qiymət artımını təqib edə bilmir. Halbuki dünyada tanınan ən məqbul formul “orta aylıq məvacibin mənzilin bir kvadratmetrinə bərabər olmasıdır”. Azərbaycanda premium səviyyəli mənzilin bir kvadratmetrinin qiyməti 950 manatdan başlayır. Beləliklə, bir kvadratmetr mənzil almaq üçün Azərbaycan vətəndaşına iki aydan bir qədər çox işləmək lazımdır. Bu MDB ölkələri üçün heç də ən pis göstərici deyil. Belə ki, Rusiyanın Altay diyarında bir kvadratmetr mənzil almaq üçün üç ay işləmək lazımdır. Barnaulda, qiyməti 1,3 mln. rubl olan bir otaqlı mənzil almaq üçün yeddi il altı ay işləmək lazımdır.
Bakıda da premium səviyyəli mənzil bazarında qiymət fərqi kifayət qədər maraqlıdır. Qiymət araşdırması aparılan 14 yaşayış kompleksində qiymətlər 950 manatdan başlayır və 2500 manat üzərində dayanır. Qiymətlərdə bu cür əhəmiyyətli fərqi tikinti şirkətləri mənzillərin parametrləri, yaşayış kompleksinin yerləşməsi və digər göstəricilərlə izah edirlər. Bu halda bir kvadratmetrin orta qiyməti 1725 manat təşkil edir.
Əlbəttə ki, obyektin yerləşməsi qiymətin formalaşmasında çox vacib rol oynayır. Amma bununla yanaşı olaraq tikinti şirkəti premium səviyyəli mənzil alıcısına inkişaf etmiş infrastruktur, ekoloji təmizlik, yüksək səviyyəli təhlükəsizlik, avtoparkinq təqdim etməlidir. Bundan irəli gələrək Azərbaycanda bir çox layihələr öz zövqlərini münasib qiymətlərlə uyğunlaşdıran müştərilərin tələblərinə cavab verir.
Bu mənada “Renessans Palace” yaşayış kompleksi qiymətlə keyfiyyətin məqbul nisbətini təqdim edir. Premium səviyyənin bütün standartları ilə yanaşı olaraq burada yeniliklərə də rast gəlmək olar. Misal üçün, inqilabi “avtomobilsiz həyət” konsepsiyası sayəsində sakinlərin sərancamına idman infrastrukturu, göl və yaşıllıqlardan ibarət 1,5 ha həyətyanı sahə təqdim olunacaq. Çoxsaylı üstünlüklərə baxmayaraq, “Renessans Palace”-da orta qiymət 1650 manat təşkil edir ki, bu da Bakıda premium səviyyəli mənzillərin orta qiymətindən daha aşağıdır. Beləliklə, “Renessans Palace” nümunəsində yəqin etmək olar ki, təcrübəli tikinti şirkəti öz müştəriləri üçün qiymətlə keyfiyyətin ən məqbul nisbətini təmin edə bilər.
Əlbəttə, “Renessans Palace”- da bir kvadratmetr mənzil almaq üçün, orta əmək haqqı alan azərbaycanlıya üç ay öz gəlirlərini xərcləmədən işləmək lazımdır…
Amma bu zaman mənzilin də premium səviyyəli olduğunu nəzərə almaq lazımdır!
#renessanspalace #premiummənzil