Azərbaycanın aparıcı developerlərindən olan “AS Group Investment” Şirkətlər qrupu 2014-cü ilin may ayında Bakıda, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında “Renessans Palace” premium klass yaşayış kompleksinin tikintisinə başladı.
Layihə 2,7 ha ərazidə dörd 18-mərtəbəli binanın inşasını nəzərdə tutur. Bu layihə “avtomobilsiz həyət” konsepsiyası əsasında inşa edilir. Bu konsepsiyaya əsasən həyətdə avtomobillərin hərəkətinə qadağa qoyulacaq. Avtomobillər xüsusi mühafizə olunan girişdən yeraltı dayanacağa daxil olacaq. 1,5 ha sahəsi olan həyət isə tam olaraq sakinlərin sərəncamına veriləcək. Burada uşaq oyun meydançası, tennis kortu, velosiped və qaçış zolaqları, idman meydançası, süni göl və yaşıllıqlar salınacaq.
Yaşayış binalarının ilk iki mərtəbəsində kommersiya və sosial yönümlü obyektlər, o cümlədən supermarket, tibb mərkəzi, fitnes və SPA mərkəzləri, uşaq bağçası, brend dükanlar yerləşəcək.
Kompleksin tikintisində neoklassik memarlıq üslubunun tətbiqi təsadüfi deyil. Qərbdə premium klass mənzil alıcılarının yarısından çoxu məhz bu memarlıq üslubuna üstünlük verir. Qranit və ağlayla üzlənmiş fasad binaların əzəmətini xüsusi ilə vurğulayır. Hər mərtəbədə cəmi 3-4 mənzil və “Mitsubishi” markalı 3 lift yerləşəcək. Mənzillərdə isə 4-kameralı izosistem pəncərələr quraşdırılacaq.
“Renessans Palace”-da tikintinin keyfiyyətinə xüsusilə diqqət yetirilir. Qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya ilə yanaşı olaraq, təməldə olan istinad divarlarının betonuna mayə şüşə əlavə olunub. Bu da nəmə və qrunt sularına qarşı üçqat müdafiəni təmin edir. Tikintidə istifadə olunan tikinti materiallarının keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Binaların divarları beton bloklarla hörülüb. Bu tikinti materialı kərpic və daşa nisbətən qat-qat baha olsa da, istiliyi daha yaxşı saxlayır. Bu isə öz növbəsində mənzillərin isidilməsi ilə bağlı xərcləri dəfələrlə azaldır.
“Renessans Palace” sizə keyfiyyətlə tikilən rahat mənzillərdə premium həyat tərzini təklif edir!