İnsan daima öz həyat tərzinə və sosial statusuna uyğun insanlarla qonşuluqda yaşamağa can atıb. Misal üçün Manhettendə (Nyu-Yorkda) onlarla mikrorayon var, amma onlar arasına ən dəbdəbəli, prestijli və təhlükəsiz Traibeka, SoXo və Çelsi rayonları hesab olunur. Burada heç də hər bir amerikalı yaşaya bilməz. Burada evlər, mənzillər dünyanın siyası, iqtisadi və mədəni elitası tərəfindən alınıb və ya kirayələnir. Belə ki, aşkar üstünlüklərinə görə, “kvadrat metrlərin qiyməti” bu cazibədar mikrorayonlarda, adi mikrorayonlara nisbətən qat-qat yüksəkdir.
Bakıda da, bakılıların əksəriyyətinin yaşamaq istədiyi prestijli və təhlükəsiz rayonlar var. Belə rayonlardan biri də, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşir.
Bundan irəli gələrək, regionun aparıcı developerlərindən olan “AS Group İnvestment” şirkəti premium səviyyəli yaşayış kompleksini məhz bu ərazidə tikmək qərarına gəldi. Bununla yanaşı olaraq tikinti şirkəti əlindən gələni edir ki, “Renessans Palace”-ın premium yerləşməsinə digər üstünlüklər də əlavə edilsin: yüksək səviyyəli təhlükəsizlik, üç mərtəbəli yeraltı dayanacaq, 1,5 ha sahəsi olan nəhəng park, kommersiya obyektlərinin inkişaf etmiş infrastrukturu, aktiv və mədəni istirahət üçün bütün şərait….
Bunları nəzərə alaraq, “Renessans Palace”-da mənzil almağa, öz fəaliyyət sahələrində böyük uğurlara imza atmış insanlar can atır. Bu da təsadüfi deyil. Onların bir qayda olaraq, məişətə, qonşuların xarakterinə, mentalitetinə, zövqünə və həyata baxışlarına qarşı bir çox tələbləri var.
Biz sizə də, “Renessans Palace” yaşayış kompleksi adlanan müvəffəqiyyətli insanlar dünyasının bir hissəsi olmağa dəvət edirik.