Nüfuzlu müsabiqənin münsiflər heyəti daşınmaz əmlak sahəsində Moskvanın ən yaxşı layihələrini müəyyən edib. “İlin premium-klass yaşayış kompleksi” nominasiyasının qalibi – RedSide yaşayış məhəlləsi seçilib.
“RedSide” yaşayış kompleksində də “Renessans Palace”-da kimi “infrastrukturun bir addımlıqda” yerləşməsi prinsipi tətbiq olunacaq. Hər iki kompleksin sakinləri vaxtlarını tıxaclarda sərf etməyəcək, çünki həyat üçün lazım olan hər bir şey kompleksdə var.
“RedSide” yaşayış məhəlləsində də “Renessans Palace” yaşayış kompleksində olduğu həyət tam olaraq avtomobil hərəkətindən azad olunub. Xatırladaq ki, “Renessans Palace” yaşayış kompleksində də “avtomobilsiz həyət” konsepsiyası tətbiq olunacaq ki, bunun da sayəsində yaşayış kompleksinin həyətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Layihələrin daha bir oxşar cəhəti rahat yerləşmədir. Xatırladaq ki, “Renessans Palace” yaşayış kompleksi “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, Zahid Xəlilov küçəsində, keçmiş №5 çörək zavodunun yaxınlığında yerləşir. “Renessans Palace”-ın rahat yerləşməsi kompleksin gələcək sakinlərinə rahat hərəkət etmək imkanı yaradacaq.