Təəssüflər olsun ki, bir çox inkişaf etməkdə olan ölkələrdə, mənzil alıcıları tez-tez fırıldaq halları ilə rastlaşırlar. İllərlə toplanılan pulları insanlar mənzilin alınmasına yönəldirlər, amma tikinti şirkəti binanın inşasını başa çatdırmır. İlk baxışdan problemin həlli asan görsənir, mənzilləri inşası başa çatan binalarda almaq. Amma bazar elə qurulub ki, inşası artıq başa çatan yaşayış binalarında mənzillərin qiyməti nisbətən bahadır. Məhz mənzillərin əlçatanlığı və münasib qiymətlər insanları riskə sövq edir ki, bu da sonda böyük problemlərlə nəticələnir. Belə ki, Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin səsləndirdiyi rəqəmlərə əsasən, Rusiyada aldadılan mənzil alıcılarının sayı 70 minə çatır. Azərbaycanda müstəqil qiymətləndirmələrə əsasən belə insanların sayı bir neçə mindir. Binanın inşası hələ bünövrədə olanda, tikinti şirkətinin etibarlılığını müəyyən etmək olarmı? Əlbəttə ki, olar. Amma bunun üçün mənzil alıcısı özü təşəbbüs göstərib, vəziyyəti araşdırmalıdır. Siz özünüz tikinti şirkətini araşdırıb, riskləri minimuma endirə bilərsiniz.
Regionun aparıcı developerlərindən olan “AS Group İnvestment” Şirkətlər Qrupunun mütəxəssisləri və marketoloqları sizə mənzil alan zaman təhlükələrdən yayınmaq üçün yardımçı olacaq bir sıra tövsiyyə hazırlayıblar.
Tövsiyyə №1. Əhəmiyyətli qiymət endirimlərinə və uzunmüddətli qiymət aksiyalarına etibar etməyin. Onlar tikinti şirkətinin qeyri-sabit maliyyə vəziyyətindən xəbər verir.
İstehlakçıların hər şeyi ucuz almaq arzusu təbiidir. Bəzi alıcıların rəyinə əsasən, əhəmiyyətli qiymət endirimləri tikinti şirkətinin özünə inamından və nəticədə etibarlı olmasından xəbər verir. Halbuki, məhz əhəmiyyətli qiymət endirimləri və uzunmüddətli qiymət aksiyaları çox ciddi təhlükədən xəbər verir. Daxili və xarici çətinliklərlə üzləşməsinə baxmayaraq, tikinti şirkəti böyük qiymət endirimlərinə getməyəcək, çünki bu layihənin başa çatmasını sual altına qoya bilər. Tikinti şirkətinin etibarlılığı hər bir detalda özünü biruzə verməlidir.
Tövsiyyə №2. Tikinti şirkətinin dosyesini diqqətlə araşdırmaq lazımdır.
Tikinti şirkətinin dosyesi zəngin məlumat mənbəyidir. İlk növbədə dosye insanlar üçün açıq olmalı, bu haqda tam həcmli məlumat əlçatan olmalıdır. Həyata keçirilən layihələrin həm kəmiyyətinə həm də keyfiyyətinə nəzər salmaq lazımdır. Bundan əlavə, dövlət orqanları ilə əməkdaşlıq, tərəfdaşlıq, o cümlədən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da ciddi araşdırmalıdır, çünki uzun müddət tikinti sektorunda fəaliyyət göstərən şirkətin belə əlaqələri mütləq olmalıdır.
Tövsiyyə №3. Tikinti şirkətinin miqyası və gələcək planları da, diqqət mərkəzində olmalıdır.
Tikinti şirkətinin keçmişi və gələcəyi onun “bir günlük” bir təşkilat olmadığından xəbər verir. Özü də, yeni layihələrin miqyası böyüdükcə, tikinti şirkətinin etibarlılığı da artır. Nümunə kimi, “Renessans Palace” yaşayış kompleksini – “AS Group İnvestment” Şirkətlər Qrupunun növbəti layihəsini nəzərdən keçirək. Qrup yalnız Azərbaycanda tikinti işlərini həyata keçirmir. Belə ki, 2014-cü ilin sonunda “AS Group İnvestment” Tbilisidə (Gürcüstanda) Cənubi Qafqazın ən iri yaşayış kompleksinin “Dirsi”-in inşasını başa çatdırdı. Yaxın gələcəkdə isə, 330 ha ərazidə, Hövsan qəsəbəsində peyk-şəhərin inşasına başlayacaq. İlkin qiymətləndirmələrə əsasən unikal müasir infrastruktura malik peyk-şəhərdə 100 mindən çox insan yaşayacaq.
Tövsiyyə №4. Layihə haqqında ətraflı məlumat tələb edin.
Layihə haqqında daha çox məlumat almağa çalışın. Məsuliyyətli tikinti şirkəti məlumatı gizlətməyəcək, belə ki onun üçün hər bir layihə öz imicini yaxşılaşdırmaq və öz potensialını reallaşdırmaq üçün bir imkandır. Beləliklə bu suallara cavab tapmağa çalışın: layihəni kim layihələndirib, hansı kənar təşkilatlar ona öz töhfəsini verib, dövlət strukturlarından hansı icazə sənədləri alınıb.
Tövsiyyə № 5. Mövcud miflərə və şaiyələrə inanmaq lazım deyil.
Yalnız real faktlara və etibarlı arqumentlərə inanın. Misal üçün, Azərbaycanda belə bir mif mövcuddur ki, əgər layihənin qarantı rolunda güclü bank çıxış edirsə, onda bu layihənin başa çatacağına və etibarlı tikinti şirkətinə işarədir. Halbuki Azərbaycanda bunun əksini sübut edən kifayət qədər hallar baş verib. Hətta güclü və nüfuzlu bank layihənin başa çatacağına təminat verə bilməz, çünki onun maraqları tamamilə başqa sferadadır.
Tövsiyyə № 6. Ən etibarlı qarant düzgün qurulan marketinq kampaniyası, maliyyə müstəqilliyi və tikinti şirkətinin istehsal imkanlarıdır.
Tikinti şirkətinin istehsal gücünə nəzər salmaq lazımdır. Əgər şirkət tikinti işlərini özü istehsal etdiyi tikinti materialları hesabına aparırsa, onda o kənar təchizatdan, mal və xidmətlərin qiymətlərinin dəyişkənliyindən artıq asılı deyil. Şirkətin maliyyə sabitliyinin həmçinin satılan mənzillərin sayından asılı olmaması da çox vacib göstəricidir. Etibarlı şirkət layihənin maliyyələşdirilməsini özü təmin edir, tikinti işlərinin müəyyən olunmuş qrafik əsasında həyata keçirir və bununla da mənzillərin satışından gələn pul axınından asılılığı çox az olur. Düzgün qurulmuş marketinq siyasəti bazarı, rəqibləri və hədəf kütləsini tanımaqdan, həmçinin peşəkar yanaşmadan xəbər verir.
Tövsiyyə № 7. Tikinti şirkətinin ictimai fəaliyyətinə nəzər salın.
Ən səbrsiz alıcılar, ilkin təsəvvürü tikinti şirkətinin ictimai fəaliyyəti əsasında formalaşdıra bilərlər. Tikinti şirkəti KİV-lərdə və sosial şəbəkələrdə nə dərəcədə fəaldır, onun öz saytı və informasiya resursları varmı, informasiya məhsulları hansı keyfiyyətdədir. Mövcud reallıqda sanballı şirkət ictimai fəaliyyətə, o cümlədən informasiya daşıyıcılarının yaradılmasına böyük önəm verir. Şirkət çox gözəl anlayır ki, internetin dinamik inkişafı fonunda, yaradılan informasiya daşıyıcıları potensial müştərilərlə ünsiyyət vasitəsidir. Beləliklə, potensial müştərilərin təfəkküründə formalaşacaq tikinti şirkətinin obrazı ünsiyyət vasitələrinin keyfiyyətindən çox asılıdır.
Əlbəttə ki, bütün deyilənlərə riayət sizi etibarsız tikinti şirkətlərdindən 100% müdafiə ilə təmin etməyəcək. Amma bu artıq ilkin mərhələdə bir çox etibarsız şirkətləri ələməyə kömək edəcək. Bir də siz bu məqaləni oxuyandan sonra belə bir qənaətə qələ bilərsiniz ki, ən yaxşısı artıq inşası başa çatmış binalarda mənzil almaqdır. Ola bilər. Amma məqalənin əvvəlində qeyd olunduğu kimi, tikinti prosesində olan binalarda mənzillərin qiyməti daha sərfəlidir.
Bizim tövsiyyələrimizdən istifadə edin. Biz ümid edirik ki, onlar sizə düzgün seçim etməyə kömək edəcək. Sizə uğurlu sövdələşmə və sərfəli investisiya qoyuluşu arzu edirik.