Güclü iqtisadi inkişaf və demoqrafik artım səbəbi ilə ölkədə daşınmaz əmlaka yüksək tələb müşahidə olunur. Mövcud tendensiyalar fonunda, əhalinin böyük hissəsi əlçatan mənzil axtarışındadır. Üstəlik banklar və tikinti şirkətləri rahat və münasib şərtlərlə daxili kredit və ipoteka təklif edirdilər. Kreditin hansı valyuta ilə verilməsi arxa plana keçirdi.
Amma bu əhəmiyyətli detal iqtisadi böhranlar, valyuta məzənnələrinin kəskin dəyişməsi zamanı özünü yadda salır. Buna görə, potensial mənzil alıcıları, milli valyutalarda verilən kreditlər axtarışındadırlar. Azərbaycanda mənzil alıcıları manatla verilən kreditlər axtarırlar, çünki gəlirlərini manatla alırlar.
Amma Azərbaycanda iri layihələri reallaşdırmaq və müştərilərlə dayanıqlı münasibətlər qurmaq üçün öz texniki-maliyyə bazasına malik güclü şirkətlər var. Belə tikinti şirkətlərindən biri də “AS Group İnvestment” şirkətidir. Şirkətin müəssisələri tikinti materialları, çınqıl, otsev, armokarkas, dəmir-beton və beton məmulatları, bordür, səki daşları və digər tikinti materiallarını istehsal edirlər. Bundan əlavə, şirkətin avtoparkında 230-dan çox tikinti və istehsal texnikası var. Özünün istehsalat bazasının olması, idxal və digər şirkətlərin təchizatından asılılığın olmaması “AS Group İnvestment”-ə öz müştərilərinə ən sərfəli şərtləri təklif etməyə şərait yaradır. Əgər bir çox tikinti şirkətləri öz layihələrində qiymətlərə yenidən baxdılarsa, “AS Group İnvestment”-in inşa etdiyi “Renessans Palace” yaşayış kompleksində qiymətlər 2014-cü ilin dekabrından dəyişməz qalıb. Bu layihədə daxili kredit (ipoteka) üzrə hesablaşmalar yalnız manatla aparılır.
Daxili kreditin manatla verilməsi möhtəşəm yaşayış kompleksinin yeganə üstünlüyü deyil. 2 ilə dək olan daxili kreditin ilkin ödənişi 30% təşkil edir və mənzilin ilkin dəyərinə əlavə faiz hesablanmır. 3-5 illik kredit zamanı, ilkin ödəniş 20% təşkil edir və mənzilin ilkin dəyərinə 5%, 4 illik kredit zamanı 7% və 5 illik kredit zamanı 10% əlavə vəsait ödənilir. Deyilənlərə həmçinin “AS Group İnvetment”-də müştərilərlə sadələşmiş iş prinsipini də əlavə etmək lazımdır – sənədlərin hazırlanması üçün xərclərin və girovun olmaması və s.
Müqayisə üçün qeyd edək ki, 5-illik standart ipoteka zamanı mənzilin ilkin dəyərinə 20%-dən çox vəsait hesablanır.
Belə ki, bir kvadrat metrinin qiyməti (1600 manat) və sahəsi (82 kv. metr) olduğu halda, “Renessans Palace” və digər layihələrdə mənzilin qiyməti 131200 manat təşkil edəcək. 5-illik kredit zamanı “Renessans Palace”-da mənzilin qiyməti 144320 manat, digər layihələrdə – 131200 manat təşkil edəcək. 20% ilkin ödəniş “Renessans Palace”-da 28864 manat, digər layihələrdə – 26240 manat olacaq. “Renessans Palace”-da illik faiz dərəcəsi – 0%, digər layihərdə 10%, aylıq ödəniş isə müvafiq olaraq 1924 və 2230 olacaq. Beləliklə, 5-illik kredit zamanı “Renessans Palace”-da mənzilin yekun qiyməti 144320 manat, digər layihələrdə 160045 manat təşkil edir.
Bu nümunədən göründüyü kimi, eyni sahəsi və qiyməti olduğu halda, münasib şərtlər sayəsində “Renessans Palace”-da mənzil digər layihələrdən 15725 manat ucuz başa gəlir. Eyni zamanda aylıq ödənişin həcmi “Renessans Palace”-da əhəmiyyətli dərəcədə azdır.
Mənzil alınması üçün əlçatan şərtlərlə yanaşı “Renessans Palace” əsasında müasir şəhərsalmanın bütün tələbləri qoyulan premium səviyyəli yaşayış kompleksidir. Yaşayış kompleksi “bütün xidmətlər bir addımlıqda” və “maksimum rahatlıq” prinsipləri əsasında inşa edilir. Bunun nəticəsi olaraq, “Renessans Palace»” premium səviyyənin beş standartına uyğundur: yerləşmə, tikinti şirkətinin reputasiyası, memarlıq, təhlükəsizlik və zəngin infrastruktur. Xatırladaq ki, kompleks “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşib. Bu isə öz növbəsində şəhər daxilində rahat hərəkət etməyə imkan verir.
Ən nəhayət, kompleksdə tək Azərbaycan üçün deyil, eyni zamanda bütün MDB məkanı üçün inqilabi “avtomobilsiz həyət” konsepsiyası sayəsində, avtomobillərin kompleksdə hərəkəti maksimal məhdudlaşdırılacaq. “Avtomobilsiz həyət” konsepsiyası və yeraltı dayanacaq sayəsində sakinlərin istirahəti üçün 1,5 sahəsi olan park və həyətyanı sahə yaradılıb.
Daxili kreditin rahat və sərfəli şərtləri və müasir şəhərsalmanın bütün tələblərinə uyğun olması “Renessans Palace” yaşayış kompleksini bütün mənzil alıcıları üçün kifayət qədər sərfəli bir təklifə çevirir.