Yer üzündə əhali sayının sürətli artımını bəşəriyyətin yaxın illərdə üzləşəcəyi ən əsas problemlərdən biri adlandırırlar. Belə ki, 2011-ci ilin oktyabr ayında yer üzündə əhalinin sayı 7 milyarda çatdı. Halbuki cəmi 12 il öncə yer üzündə əhalinin sayı 6 milyard idi. 1804-ci ildə isə yer üzündə cəmi 1 milyard insan yaşayırdı. Proqnozlara əsasən 2050-ci ilə yer üzündə əhalinin sayı 11 milyardı ötəcək. Bununla əlaqədar olaraq insanlar artıq indi torpaq və su resurslarının səmərəli bölünməsi üzərində düşünürlər.
Doğrudan da, insanların məskunlaşdığı ərazi lokal xarakter daşıyır. Misal üçün Saxara səhralığında, Ərəbistan yarımadasında və ya Sibirdə yüz kilometrlər boyunca insanın məskunlaşdığı yerə rast gəlmək mümkün deyil. Amma şəhərlərin yerləşdiyi kiçik ərazidə milyonlarla insan yaşayır. Təqribi hesablamalara görə Minskdə hər bir kvadrat kilometrdə 6,2 min insan yaşayır, Sankt-Peterburqda – 3,6 min, Berlində – 3,85 min, Pekində – 4,1 min, Şanxayda – 3,7 min, Tokioda – 5,7 min, Münhendə – 4,4 min. Əhalinin yüksək sıxlığı şəhər infrastrukturuna olan təzyiqi artırır, ekoloji durumu gərginləşdirir.
Azərbaycanın paytaxtı Bakıdan da bu problem yan ötməyib. Dinamik inkişaf sayəsində Bakıya nəinki Azərbaycanın regionlarından, həm də digər ölkələrdən insanlar gəlir. Paytaxtda əhali sayının durmadan artımı xidmət sektoruna və yaşayış əmlakına tələbi artırır. Öz növbəsində bəzi tikinti şirkətlərinin pulu üstün tutması və torpaq sahələrinin baha olması yaşayış komplekslərində əhalinin sıxlığının həddən artıq yüksək olması ilə nəticələnir.
Əlbəttə, əgər yaşayış kompleksinin konsepsiyası düzgün hazırlanıbsa və tikinti şirkəti öz reputasiyasına böyük önəm verirsə, bu torpaq sahələrinin baha olması və tikinti şirkətlərinin yüksək gəlirliyi təqib etməsi problemini həll edə bilər. Hər iki şərt “Renessans Palace” yaşayış kompleksində təmin olunub.
Regionun aparıcı developerlərindən olan “AS Group İnvestment” Şirkətlər Qrupu bu layihədə “avtomobilsiz həyət” konsepsiyasını tətbiq etdi. Bu konsepsiya Azərbaycan üçün inqilabi olmaqla yanaşı, bir sıra aktual problemləri həll edir. Sakitliyi, təhlükəsizliyi və ekoloji təmizliyi təmin etməklə yanaşı olaraq, konsepsiya sakinlərin istirahəti üçün geniş və sərbəst ərazi yaradır.
Statistikaya nəzər salaq. İstənilən yaşayış kompleksinin daxilində ərazinin təqribən 20% yol infrastrukturu tutur. Əgər orta hesabla bir avtomobil təqribən 8-10 kvadrat metr ərazini “zəbt edirsə”, onda hətta 300-400 mənzil olan orta ölçülü kompleksdə avtomobil dayanacaqlarının nə qədər ərazini tutduğunu təsəvvür etmək çətin deyil.
“Renessans Palace” yaşayış kompleksində mindən çox ailə yaşayacaq, amma “avtomobilsiz həyət” konsepsiyası sayəsində onlar belə problemlərlə üzləşməyəcək. 1,5 ha sahəsi olan kompleksin həyəti tam olaraq sakinlərin sərəncamına veriləcək. Tennis kortu, basketbol meydançası, idman infrastrukturu, qaçış və velosiped yolları kompleksi tərk etmədən idmanla məşğul olmaq üçün imkan yaradır. Bununla yanaşı olaraq ekzotik ağaclar, yaşıllıqlar, güllər, göl səs-küylü meqapolisin tam mərkəzində canlı təbiət və rahatlıq ab-havasını yaradacaq. Buna görə “Renessans Palace”-ı tam əminliklə paytaxtın mərkəzində eko-proyekt adlandırmaq olar.
“AS Group İnvestment” Şirkətlər Qrupunda əmindirlər ki, “Renessans Palace”-da “avtomobilsiz həyət” konsepsiyası çərçivəsində reallaşdırılan eko-layihə yaxın zamanda şəhərsalma tendensiyasına çevriləcək, tikinti şirkətləri tərəfindən fəal istifadə olunacaq.