16.04.2016
Bakıda ən sərfəli mənzili harada almaq olar?

Daşınmaz əmlak üzrə portalın – yeniemlak.az rəqəmlərinə əsasən Bakının yaşayış tipli daşınmaz əmlak bazarında 2015-ci ilin dekabr ayından fevraladək qiymətlərin orta hesabla 6% artımı müşahidə olunmuşdur. Belə ki, əgər dekabr ayının ilk günlərində bir kvadrat metr mənzilin qiyməti 1332 manat təşkil edirdisə, cari ilin fevral ayında qiymət artıq 1409 manatadək qalxmışdır. Bununla belə, yeni tikililərdə qiymət artımı köhnə tikililərdə olan qiymət artımını 2 dəfə üstələyir: müvafiq olaraq 4,8% və 2,75%. Bu fərqin bir neçə səbəbi var ki, onlardan ikisi çox önəmlidir: – birinci – keyfiyyət amili. Köhnə tikililərdə qiymət ənənəvi olaraq yeni tikililərdən baha olsa da, bu fərq azalmaqdadır. Belə ki, əgər 2016-cı ilin yanvar ayında köhnə tikililərdə mənzilin qiyməti yeni tikililərdən 6% baha olsa da, 2014-cü ilin yanvar ayında bu fərq 15% çatırdı. Qiymət fərqinin yeni tikililərin xeyrinə dəyişməsi, tələbin istismar müddəti başa çatmaqda olan mənzillərdən yeni, keyfiyyətli mənzillərə doğru dəyişməsindən xəbər verir; – ikinci – ipoteka amili. Belə ki, tikinti şirkətləri tərəfindən ilkin bazarda təklif olunan orta və uzunmüddətli kreditlər, ipoteka məhsulları bu tip mənzillərin əlçatanlığını artırır ki, bu da tələbə, yekunda isə hazır və tikilən yeni tikililərin qiymətinə öz təsirini göstərir. Köhnə tikililərdə isə ipoteka ilə mənzil almaq üçün bir çox tələblərə cavab vermək lazımdır.
Alıcılar üçün tikilməkdə olan yeni tikililər xüsusilə cəlbedicidir. Bu tip mənzillərə olan tələb bütün daşınmaz əmlak bazarının hərəkətverici lokomotividir. Alıcıları cəlb etmək üçün, tikinti şirkətləri müxtəlif ipoteka və kredit məhsulları təklif edir. Bu cür təklif köhnə tikililərdə və çıxarışı olmayan yeni tikililərdə yoxdur.
Tikilməkdə olan yeni tikilər bazarında ən optimal variantı seçmək üçün, alıcı bütün mövcud təklifləri dərindən araşdırmalıdır.
Beləliklə, hal-hazırda tikinti şirkətləri nə təklif edir? Bunu aktiv reklam kampaniyası aparan bir neçə şirkətin timsalında araşdırmağa çalışaq.
Demək olar ki, bütün şirkətlər bazarda artıq oturuşmuş ilkin ödənişi – 10%, illiyi 8% olan standart 20-illik ipoteka təklif edir. Özü də, bir çox şirkətlər illik 4,5% xüsusilə qabardır. “Effektiv” termini xırda şriftlə yazılır. Ümumiyyətlə, ekspertlərin də fikirinə görə “effektiv faiz dərəcəsi” yanlış yanaşmadır, belə bir hesablama metodu ümumiyyətlə yoxdur. Biz alıcılar bilməliyik ki, effektiv 4,5%-lə illik (annuitet) 8% arasında heç bir fərq yoxdur. Bu bank terminləridir və ipoteka hesablamaları zamanı istər effektiv 4,5%, istərsə də annuitet 8% zamanı biz eyni rəqəmlər əldə edəcəyik.
Demək olar ki, bütün nəzərdən keçirilən layihələr 2014-cü ildə başlayıb və başa çatması 2017-2018-ci illərdə planlaşdırılır.
Maraqlıdır ki, tikinti şirkətləri qiymətlərini il ərzində müxtəlif şəkildə dəyişib. Belə ki, əksər layihələrdə qiymətlər 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayınadək 5-29% artmışdır. Əlbəttə qiymətləri dəyişməyən tikinti şirkətləri də var. Belə ki, “Renessans Palace” yaşayış kompleksi bütün mövcud stereotipləri sındıraraq 2014-cü ilin dekabr ayından qiymətləri dəyişməyib. Bununla yanaşı olaraq, yaşayış kompleksi mövcud “Bahar Kampaniyası” çərçivəsində xüsusi qiymətlər təklif edir.
Bakının rayonları üzrə qiymət fərqi xüsusi maraq doğurur. “Qara Qarayev” metro stansiyasından 400-500 metr məsafədə yerləşən tikilən binada bir kvadrat metrin qiyməti 1200 manat təşkil edir. Biləcəri qəsəbəsində tikilməkdə olan binada bir kvadrat metrin qiyməti 1435 manat təşkil edir. Günəşli “D” massivində qiymətlər 1600 manata çatır. “Həzi Aslanov” metro stansiyasından 2,5 kilometr məsafədə yerləşən tikilən binada bir kvadrat metrin qiyməti 1300 manata çatır. Mövcud vəziyyətdə, “20 Yanvar” metro stansiyası yaxınlığında tikilən binada, təmirli bir kvadrat metrin qiymətinin 1790 manat olması kifayət qədər adekvat görsənir. Paytaxtın mərkəzinə doğru irəlilədikcə qiymət də artır. Belə ki, “Mətbuat” və “Hüseyn Cavid” prospektlərinə yaxın məsafədə yerləşən tikilən binalarda qiymətlər 1600-2450 manat arasında dəyişir.
Maraqlıdır ki, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” premium-klass yaşayış kompleksində qiymətlər Biləcəri qəsəbəsində yerləşən ekonom-klass mənzillərlə eynidir. “Bahar Kampaniyası” çərçivəsində bu kompleksdə bir kvadrat metrin qiyməti 1400-1450 manat təşkil edir. “Renessans Palace”-ın yerləşməsini və konsepsiyasını nəzərə alsaq bu qiymətlər həm şəhərin bu hissəsi üçün, həm də bütün paytaxt miqyasında çox cəlbedicidir.
İstənilən halda hansı təklifin daha sərfəli olduğunu siz müəyyən edəcəksiniz: 1400 manatdan başlayan qiymətlərlə şəhərin mərkəzinə yaxın ərazidə yerləşən premium mənzil, kvadrat metri 1435 manata olan Biləcəri qəsəbəsində yerləşən ekonom-klass mənzil və ya “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən və bir kvadrat metri 1790 manat olan təmirli mənzil…

#renessanspalace #yasamal #ipoteka