Neft strategiyasının uğurla həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafı paytaxt həyatının bütün sahələrinə öz təsirini göstərir. Möhtəşəm binalar inşa olunur, infrastruktur inkişaf edir, yeni müəssisələr açılır. Münbit şərait nəticəsində paytaxtda əhalinin sayı artır ki, bu da şəhərsalma üzrə mütəxəssislər qarşısında yeni vəzifələr qoyur.
İlk növbədə öz həllini tələb edən məsələ torpaq sahəsinin səmərəli istifadəsi idi. Şəhərsalma üzrə mütəxəssislər çıxış yolunu mərtəbələrin sayının artırılmasında və yeraltı mərtəbələrin inşasında tapdılar. Düzdür regionun aparıcı developerlərindən olan “AS Group İnvestment” şirkətinin mütəxəssislərinin rəyinə əsasən, yeraltı mərtəbələrin inşası mürəkkəb, çoxpilləli və resurs tələb edən bir prosesdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, hər bir yeraltı mərtəbənin inşası yerüstü mərtəbənin inşasından iki dəfə baha başa gəlir.
İstənilən halda, Bakıdakı yeni tikililərdə yeraltı mərtəbələrin fəal inşası, bu yanaşmanın rentabelliyindən, həm də müasir meqapolisin sakinlərin tələbindən irəli gələn məqsədəuyğunluğundan xəbər verir.
Bundan əlavə, son zamanlar elit və premium səviyyəli mənzil alıcıları arasında yalnız rahat mənzil planı və inkişaf etmiş infrastruktur deyil, həm də mütərəqqi ideyaların tətbiq olunduğu evlərdə yaşamaq istəyən bir təbəqə formalaşıb. Mövcud tendensiyaları nəzərə alan “AS Group İnvestment” şirkəti “Renessans Palace”-ın inşası zamanı Azərbaycanda ilk dəfə olaraq “avtomobilsiz həyət” konsepsiyasını tətbiq etdi.
“AS Group İnvestment”-də marketinq şöbəsinin rəisi Elmir Kərimlinin sözlərinə görə, bu addımla şirkət Azərbaycanda yeni bir tendensiyanın əsasını qoydu. “Biz bir çox şirkətləri öz strategiyasını dəyişdirməyə vadar etdik. Hal-hazırda, “avtomobilsiz həyət” konsepsiyasına istiqamətlənən bir çox layihələr mövcuddur, amma “Renessans Palace” öz lider mövqeyini qoruyub saxlayıb. Bu ilk növbədə, layihənin müştərilərə təqdim etdiyi üstünlükləri ilə əlaqədardır. Yaşayış kompleksi gələcək sakinlərə, sahəcə “Akademiya bağı” ilə eyni olan 1,5 ha park və həyət təqdim edir. Hal-hazırda Bakıda heç bir yaşayış kompleksinin belə böyük həyəti yoxdur.
Şəhərsalma üzrə mütəxəssislərin “Renessans Palace” yaşayış kompleksində əsası qoyulduğu tendensiyanı təqib etməsi, “avtomobilsiz həyət” konsepsıyasının yaxın illərdə Azərbaycanda şəhərsalmanın əsas istiqaməti olacağı haqqında xəbər verir.
Bu konsepsiyanın aşkar üstünlükləri var. Belə ki, avtomobillərin kompleks daxilində hərəkəti, gənc sakinlər üçün təhlükə mənbəyidir. “Avtomobilsiz həyət” konsepsiyasında isə binanın özü təbii sədd rolunu oynayır. Misal üçün, “Renessans Palace”-da binadan birbaşa avtomobillərin hərəkəti məhdudlaşdırılan həyətə çıxırlar.
Konsepsiya sayəsində, həyətin səmərəli sahəsi artır. Hesablamalara görə yol infrastrukturu onun sahəsini 20% azaldır.
Bununla yanaşı olaraq, tez-tez yaşayış komplekslərində səkidə və yaşıllıqların üzərində saxlanılan avtomobillərə rast gəlmək mümkündür. Son nəticədə sakinlər saxlanan avtomobillərin arası ilə hərəkət etmək məcburiyyətində qalırlar. Bu problemi nəzərə alaraq, “avtomobilsiz həyət” konsepsiyası Bakıda yeni tikililər üçün xarakterik olan sosial gərginliyi aradan qaldırır.
Həyətin funksionallığı artır. Indi həyətdə yalnız uşaq meydançası deyil, həm də oyun meydançası, söhbətgahlar, tennis kortu, qaçış və velosiped yolları, yaşıllıqlar var.
Ən nəhayət, “avtomobilsiz həyət” konsepsiyası sayəsində kompleksin həyətində münbit ekoloji mühit formalaşır.
“AS Group İnvestment” mütəxəssisləri əmindilər ki, “avtomobilsiz həyət” konsepsiyası daşınmaz əmlak alıcılarının tələbkarlığını daha da yüksəldəcək, son nəticədə yerli tikinti şirkətləri aparıcı dünya tendensiyalarından istifadə edərək yeni, inqilabi konsepsiyalar axtaracaqlar.