8 mart Birləşmiş Millətlər Təşkilatının (BMT) təqvimində Beynəlxalq qadınlar günü kimi qeyd edilir. Rəsmi mənbələrə əsasən, beynəlxalq qadınlar gününün qeyd edilməsi haqqında qərar Klara Tsetkinin qadın sosialistlərin 1910-cu ildə Kopenqaqendə keçirilmiş ikinci beynəlxalq konferensiyasında verdiyi təklif əsasında qəbul edilmişdir. Bundan sonra 8 mart bir çox ölkələrdə Beynəlxalq qadınlar günü kimi qeyd olunur.
Azərbaycanda 8 Mart bayram kimi ilk dəfə olaraq 1917-ci ildə qeyd olunub. Cəmi bir il sonra, 1918-ci ildə Azərbaycan qadınlara seçki hüququ verib. Azərbaycan qadınlara seçki hüququnu verən ilk Şərq ölkəsi olmaqla yanaşı olaraq, bir çox Qərb ölkələrini də qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, ABŞ-da qadınlar seçki hüququnu Azərbaycan qadınlarından 5 il sonra əldə ediblər. Bir çox Avropa ölkələrində isə qadınlara seçki hüququ onilliklər keçəndən sonra verilib.
Bu gün də Azərbaycan qadını ölkənin ictimai-siyasi, sosial-iqtisadi, həmçinin mədəni və ədəbi həyatında fəal rol oynayır, ölkənin inkişafına öz əvəzsiz töhfəsini verir. Bununla yanaşı olaraq, Azərbaycan qadını ana obrazını və yalnız ona xas olan xüsusi zərifliyi qoruyub saxlaya bilib.
“Renessans Palace” qadınları Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edir, onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayır.