Milli şəhərsalmada yeni bir istiqamət
Bizim üçün yaşadığımız binanın həyətinin sahəsi nə qədər önəmlidir? Mənzil axtarışında olan insan üçün ilk baxışda bu o qədər də önəmli sual deyil. Arzu edilən “kvadrat metrlər” axtarışında olan zaman, gələcəkdə özünü inadla xatırladacaq bəzi “xırdalıqlar” unudulur.
Siz avtomobilizini rahat park edə bilmirsiniz, həyətə avtomobil ilə daxil olub çıxan zaman problemlərlə rastlaşırsınız, həyətdə oynayan uşaqlarınızın yanından böyük sürətlə avtomobillər ötən zaman, evinizdə rahat dincələ bilmirsiniz… Tez-tez, Bakıda yerləşən yaşayış komplekslərinin mədəni istirahət üçün yerləri yoxdur.
Darısqal həyət, bir-birinə yaxın yerləşən evlər… Bunlar çoxlarımızın rastlaşdığı problemlərin yalnız az bir hissəsidr. Bu səbəbdən, bizim üçün yaşadığımız binanın həyətinin sahəsi nə qədər önəmlidir, sualı tamamilə yeni bir məna kəsb edir.
Milli iqtisadiyyatın sürətli inkişafı fonunda, Bakının bütün hissələrində tikinti işləri gedir. Paytaxt öz görkəmini dəyişir. Amma təssüflər olsun ki, yüksək gəlirliyi təqib edən tikinti şirkətləri, sakinlərin rahatlığını, ekologiyanı, təhlükəsizliyi və digər müasir meqapolisin yaşam aspektlərini unudurlar.
“Renessans Palace” yaşayış kompleksini inşa edən və Qafqaz regionun aparıcı developerlərindən olan “AS Group Investment” Şirkətlər Qrupu ayrı yol ilə getmək qərarına gəldi. “AS Group Investment”in strategiyasının bünövrəsini maksimum rahatlıq və inkişaf etmiş infrastruktur təşkil edir. “AS Group Investment”in strateji xətti Qafqazın ən böyük yaşayış kompleksi – “DIRSI”in inşası zamanı aydın nəzərə çarpır. Bu layihədə “həyat üslubu”, “yaşam mühitinin keyfiyyəti”, “şəhər məkanı” kimi anlayışlar həyata keçir, infrastruktur inkişaf etdirilərək, bütün xidmətləri insan üçün maksimum əlçatan edir.
“AS Group Investment” öz strategiyasını “Renessans Palace”ın inşası zamanı da həyata keçirir. Kompleks 2,7 ha ərazidə inşa olunur. Bu ərazidə dörd 18 mərtəbəli 4 bloklu bina üçün minimum ərazi ayrılıb – 1,2 ha. Bununla yanaşı tək Azərbaycan deyil, həmçinin MDB məkanı üçün inqilabi “avtomobilsiz həyət” konsepsiyasından istifadə edərək “AS Group Investment” istirahət üçün 1,5 ha ərazi yaratdı. Bu ərazidə idman meydançaları, tennis kortu, qaçış və velosiped zolaqları, söhbətgahlar inşa ediləcək.
“Renessans Palace”ın zəngin infrastrukturu həmçinin uşaq bağçası, kafe, restoranlar, fitnes və SPA mərkəzləri, tematik əyləncə mərkəzi, 1537 avtomobil üçün nəzərdə tutulmuş yeraltı parkinqi əhatə edir. 24 saat mühafizə, video müşahidə, və qapalı həyət sakinlərin təhlükəsizliyini təmin edir.
“Renessans Palace”ın üstünlüklərinə həm də yerləşməni əlavə etmək lazımdır. Belə ki, kompleks “Elmlər Akademiyası” yaxınlığında, Zahid Xəlilov və Əhməd Cəmil küçələrinin arasında yerləşir. “Renessans Palace”ın nisbətən hündür ərazidə yerləşməsi, sakinləri təmiz hava ilə təmin edəcək. Bundan əlavə əlverişli yerləşmə, “Renessans Palace”ın sakinlərinə şəhər daxilində rahat hərəkət etməyə şərait yaradacaq.
Bu möhtəşəm layihənin üstünlükləri haqqında çox danışmaq olar. “AS Group Investment” müştəriləri məmnunluğuna nail olmaq üçün əlindən gələni əsirgəməyib. Beləliklə, “Renessans Palace” sadəcə müasir şəhərsalma tələblərinə cavab verən premium səviyyəli yaşayış kompleksi deyil. “Renessans Palace” – tamamilə yeni bir həyat keyfiyyətidir!