Mənzilin tam dəyərini ödəmək çoxlarımız üçün əlçatmazdır. Məhz buna görə, müxtəlif kredit mexanizmləri, o cümlədən ipoteka tətbiq olunur. Amma ipoteka alan zaman da, şərtlərə diqqət yetirmək lazımdır. Belə ki, ipotekanın mənzil alıcısının gəlirlərini aldığı valyuta ilə verilməsi hər iki tərəfin mümkün riskləri bərabər bölüşməsinə şərait yaradır.
“Renessans Palace” yaşayış kompleksində bütün maliyyə əməliyyatları öncədən yalnız manatla həyata keçirilir. Bunun bir çox səbəbləri var. İlk növbədə bu tikinti şirkəti – “AS Group İnvestment”-in söykəndiyi güclü istehsalat bazası ilə əlaqədardır. Digər şirkətlərin təchizatından asılılığın olmaması “AS Group İnvestment”-ə öz müştərilərinə ən sərfəli şərtləri təklif etməyə şərait yaradır.
“Renessans Palace”-da mənzilləri əlçatan edən nədir? İpoteka – daxili kredit şərtlərinə nəzər salaq. İlkin ödəniş – 20%. 3 illik ipoteka zamanı mənzilin ilkin dəyərinə cəmi – 5%, 4 illik – 7%, 5 illik – 10% əlavə vəsait ödənilməlidir. 2 ilə dək olan kredit üçün ümumiyyətlə faiz hesablanmır. Müqayisə ücün qeyd edək ki, standart ipoteka zamanı 5 il ərzində mənzilin ilkin dəyərinə 26% əlavə vəsait ödənilir. Bundan əlavə, sənədlərin hazırlanması xərc tələb etmir, girov qoyulmasına ehtiyac yoxdur. Bütün bunlar “Renessans Palace”-ın nəzərəçarpacaq üstünlükləridir.